XV Respublika Spartakiadasında fərqlənən Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nazirliyin işçilərindən təşkil olunmuş komandalarının üzvləri ilə görüş keçirildi
Müdafiə Sənayesi Nazirliyində “Zenit” İdman Cəmiyyətinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların XV Respublika Spartakiadasında fərqlənən Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nazirliyin işçilərindən təşkil olunmuş komandalarının üzvləri ilə görüş keçirildi.
Tədbiri açan Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Röfət Müfid-Zadə müdafiə sənayesi naziri Yavər Camalovun təbriklərini komanda üzvlərinə çatdırdı.
Röfət Müfid-Zadə bildirdi ki, respublikada bədən tərbiyəsi və idmanın inkişafına köməkliyin göstərilməsi və Həmkarlar İttifaqı üzvlərinin sağlamlığının möhkəmləndirilməsi məqsədilə 2012-ci ildə “Zenit” İdman Cəmiyyətinə üzv təşkilatların birgə qərarına əsasən xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların XV Respublika Spartakiadası keçirilmişdir.
Keçirilən Spartakiadaya Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nazirliyin işçilərindən təşkil olunmuş komandaları da qatılmış və layiqli yerlər tutmuşlar. Müdafiə Sənayesi Nazirliyi işçilərinin komanda və fərdi halda qatıldıqları yarışlarda voleybol, dama və güllə atıcılığı üzrə I yeri, nərd və kəndirdartma üzrə II yeri, şahmat üzrə III yeri, həmçinin fərdi yarışlarda daşqaldırma üzrə bir nəfər I, üç nəfər II və bir nəfər III yerləri, armrestlinq üzrə iki nəfər I, üç nəfər III yeri tutmuşlar. Nazirlik ümumi komanda hesabında II yer tutmuşdur. Buna görə də komandalar “Zenit” İdman Cəmiyyətinin Respublika Şurasının diplomları və kuboku ilə təltif olunmuşlar.
Müdafiə Sənayesi Nazirliyi fəaliyyətə başladığı gündən etibarən nazirliyin əməkdaşlarının sağlamlıqlarının möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə nazirliyin müəssisələrində yüksək səviyyədə şərait yaradıldığını vurğulayan Röfət Müfid-Zadə buna görə nazirliyin rəhbərliyinə öz təşəkkürünü bildirdi.
Tədbirin sonunda komandaların formalaşdırılmasında, məşqlərin, yarışların keçirilməsində əməyi olan şəxslərə və yarışlarda fərqlənən komanda üzvlərinə pul mükafatları verildi.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
08.11.2026, 13:45
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
13.10.2026, 18:38
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
12.10.2026, 16:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb