Əsas səhifə \ Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda se...
02 okt, 2026 17:20

Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində oktyabrın 2-də Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) birgə təşkilatçılığı ilə “Müdafiə sahəsində kibertəhlükəsizlik” mövzusunda sektorial görüş keçirilib.

Görüşdə AKTA-nın İcraçı direktoru Rauf Cabarov, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəisi, general-mayor Davud Rüstəmov, AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev,  Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik İdarəsinin rəisi Elşən Həsənov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyəti sədrinin müavini Elvin Şahverdiyev, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov çıxış ediblər.

Çıxışlarda müdafiə sektorunda rəqəmsal transformasiya ilə əlaqədar yaranan yeni kibertəhdidlər və kiberfiziki risklər, müasir silah və hərbi sistemlərin, eləcə də kritik informasiya infrastrukturunun kibertəhdidlərdən qorunması barədə danışılıb. 

Daha sonra Müdafiə Sənayesi Nazirliyi Aparatının İnformasiya Texnologiyaları şöbəsinin müdiri Araz Mustafa “Rəqəmsal risklər və kibermüdafiə” mövzusunda geniş təqdimatla çıxış edib. O, təqdimat zamanı müdafiə sektorunda rəqəmsal risklərin əsas istiqamətləri, müasir kibertəhdidlər və onların idarə olunması məsələlərinə toxunub. A.Mustafa informasiya sistemlərinin dayanıqlılığının artırılması, təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi və qabaqlayıcı tədbirlərin gücləndirilməsi ilə bağlı yanaşmaları diqqətə çatdırıb.

Tədbir panel müzakirəsi ilə davam etdirilib.

Paylaşmaq üçün linki kopyala:

Yazını paylaş

Baxış sayı:

102

Oxşar yazılar