Nazirlik haqqında
Nazirliyin yaradılması
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilsin və onun bazasında Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:
2.1. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Əsasnaməsinin layihəsini, nazirliyin strukturu, xərclər smetası və işçilərin say tərkibi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2005-ci il
Ümummilli Lider Heydər Əliyev
heydaraliyevcenter.az
Azərbaycan Respublikasının Prezidenti
president.az
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti
mehriban-aliyeva.az
AZƏRBAYCAN
azerbaijan.az
Müdafiə Sənayesi Nazirliyinin Apellyasiya Şurası
mdi.gov.az
Virtual Qarabağ
virtualkarabakh.az
Xocalıya Ədalət
justiceforkhojaly.org
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
dim.gov.az
Elekron hökümət portalı
e-gov.az