Əsas səhifə \ “ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keç...
02 okt, 2026 21:38

“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib

“ADEX-2026” və “Securex Caspian-2026” sərgilərinin son günü Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Sudanın müdafiə naziri Həsən Davud Kabron Kian və “MASAD” Hərbi Sənaye Sistemlərinin baş direktorunun müavini Elmutasim Abdalla Elhag Ahmed, Rumıniya Prezidentinin Administrasiyasının təhlükəsizlik məsələləri üzrə müşaviri Marius Lazurca, Amerika Birləşmiş Ştatlarının Müharibə  departamentinin Müharibə siyasəti üzrə idarə rəisi Greg Savyer, Cənubi Koreyanın Müdafiə Satınalma və Proqram Adminstrasiyasının Xüsusi Texnologiyalar Proqramı İdarəsinin rəisi Geun Young Park, Kot-d’İvuarın Antiterror Əməliyyat Kəşfiyyatı Mərkəzinin direktorunun müavini Assane Kourouma,  Türkiyənin “AYDA”, “Makine ve Kimya Endüstrisi”, “Roketsan” və Çinin “CETC” şirkətinin rəhbər şəxsləri ilə görüşüb.

Görüşlərdə müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı və müxtəlif istiqamətlərdə birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb.

V. Mustafayev Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər və Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov ilə birlikdə sərgidə nümayiş olunan məhsullarla tanış olub.    

Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanın müdafiə nazirinin müavini David Kupatadze, müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov isə Pakistanın Radio Telekommunikasiya Korporasiyasının İcraçı direktoru Azmat Şabbir ilə görüşüb.

Görüşlərdə hərbi-texniki əməkdaşlığın inkişafı və bu sahədə tərəfdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Paylaşmaq üçün linki kopyala:

Yazını paylaş

Baxış sayı:

48

Oxşar yazılar