Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin sonuncu günündə - oktyabrın 2-də müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Müdafiə Nazirliyi Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun “Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə” Akademik kursunun dinləyiciləri üçün brifinq keçirib.
Nazir müavini Azərbaycanın müdafiə sənayesində həyata keçirilən layihələr və qarşıda duran əsas prioritetlər barədə məlumat verib. O, müdafiə sənayesinin inkişafında müasir texnologiyaların, innovativ həllərin və yerli istehsal imkanlarının roluna diqqət çəkib. H.Əzimov bu sahədə peşəkar kadr potensialının və elmi-texniki imkanların inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitunun fakültə rəisi general-mayor Hüseyn Mahmudov "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə" Akademik kursunun dinləyiciləri üçün təşkil olunmuş brifinqə görə müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimova təşəkkürünü bildirib. Qeyd olunub ki, ölkəmizin mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər heyəti üçün təşkil edilən kursun dinləyicilərinin brifinqdə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə əldə etdikləri məlumatlar mühüm əhəmiyyət kəsb edir.
Sonra kursun dinləyiciləri sərgidə nümayiş olunan hərbi məhsullar ilə tanış olublar.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
30.09.2026, 19:23
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
30.09.2026, 11:46
Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri öz işinə başlayıb
30.09.2026, 09:51
“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına
29.09.2026, 10:00
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin loqotipi yenilənib