Vüqar Mustafayev Pakistan İslam Respublikasında işgüzar səfərdədir
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Pakistan İslam Respublikasında səfərdədir.
Səfər çərçivəsində nazir Pakistanın Hərbi-Sənaye Kompleksinə daxil olan “Frontier Works Organization”, "HIT-Taxila", “Global Industrial & Defense Solutions” müəssisələrini ziyarət edib. Ona müəssisələrin fəaliyyət istiqamətləri, mövcud imkanları və həyata keçirdikləri layihələr barədə ətraflı məlumat verilib.
Nazir V.Mustafayev səfər zamanı, həmçinin Pakistan Silahlı Qüvvələrinin keçirdiyi "Atəş və Manevr” adlı hərbi təlimi izləyib. Təlimdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Əl-Hüseyn, Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanı, feldmarşal Asim Munir və digər yüksək səviyyəli rəsmilər iştirak ediblər.
Səfər Azərbaycan və Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib