Vüqar Mustafayev Keniya Prezidenti Uilyam Samoei Ruto ilə görüşüb
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Keniya Respublikasına işgüzar səfərdədir.
Noyabrın 19-da Keniya Prezidenti Uilyam Samoei Ruto nazir V.Mustafayevi qəbul edib.
Görüşdə iki ölkə arasında dinamik inkişaf edən münasibətlərdən məmnunluq ifadə olunub və yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi dialoqun və qurumlararası təmasların bu əməkdaşlığın inkişafına xidmət etdiyi vurğulanıb.
Səfər zamanı nazir V.Mustafayev Keniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Çarlz Kahariri ilə görüşüb.
Tərəflər arasında hərbi-texniki sahədə mövcud əməkdaşlıq, o cümlədən gələcək əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, hər iki tərəfi maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi uğurlar, bu çərçivədə beynəlxalq əməkdaşlıq və iki ildən bir keçirilən “ADEX” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi barədə məlumat verib. Həmçinin, o, postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə yenidənqurma-bərpa və humanitar minatəmizləmə üzrə aparılan genişmiqyaslı işlər, habelə sülh gündəliyində müşahidə olunan irəliləyişlər haqqında qarşı tərəfi məlumatlandırıb.
Görüşlərdə ölkəmizin Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev də iştirak edib.
V. Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizin Keniyadakı səfirliyində olub, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
10.05.2026, 13:27
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
08.05.2026, 16:32
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
07.05.2026, 12:51
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
06.05.2026, 19:57
“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər keçirilib