Vüqar Mustafayev “Dubai Airshow 2025” sərgisi çərçivəsində bir sıra görüşlər keçirib
Noyabrın 17-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində dünyanın nüfuzlu aerokosmik tədbirlərindən biri olan “Dubai Airshow 2025” 19-cu aviasiya sərgisi öz işinə başlayıb. Sərgidə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Əbu-Dabinin vəliəhdi Şeyx Xalid bin Məhəmməd Zayed Əl Nəhyanın qatıldığı açılış mərasimində iştirak edən nazir V.Mustafayev daha sonra sərgi pavilyonlarını gəzərək, dünyanın aparıcı müdafiə və aerokosmik sənaye şirkətlərinin təqdim etdiyi innovativ məhsullar və texnologiyalarla tanış olub.
Sərgi çərçivəsində nazir V.Mustafayev BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd bin Mübarək Fadel Əl Mazrouei, Slovakiya Respublikası Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak, Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus, BƏƏ-nin Texnologiya İnnovasiya İnstitutunun, “Colt CZ Group” və "Aselsan" şirkətlərinin rəhbərliyi ilə görüşüb.
Görüşlər zamanı müdafiə sənayesi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər bu sahədə əlaqələrin genişləndirilməsinin qarşılıqlı maraqlara xidmət etdiyini bildirərək, birgə təşəbbüslərin reallaşdırılması ilə bağlı təkliflər haqda geniş fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, noyabrın 21-də başa çatacaq “Dubai Airshow-2025” sərgisində 200-dən çox hərbi, ticari və mülki təyyarələr, o cümlədən naviqasiya aparatları, müşahidə və kommunikasiya sistemləri, süni intellekt avadanlıqları, PUA-lar, kosmik texnologiyalar və s. nümayiş etdirilir.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
30.09.2026, 19:23
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
30.09.2026, 11:46
Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri öz işinə başlayıb
30.09.2026, 09:51
“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına