Silahlı Qüvvələrimiz qürur mənbəyimizdir
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılmasının 20 illiyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində MSN-in Elmi-Tədqiqat İnstitutunda (ETİ) 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib.
Əvvəlcə tədbir iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.
ETİ-nin inzibati binasında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İnstitutun direktoru Mürsəl Əliyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev və digər iştirakçılar çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixinə nəzər salıb, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu sahəsində son illərdə əldə olunan yüksək nailiyyətləri qeyd ediblər.
Bildirilib ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi sayəsində ölkəmizdə güclü maddi-texniki bazaya və döyüş qabiliyyətinə malik ordu yaradılıb. Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsi zamanı 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızı qısa müddətdə azad edərək şanlı Qələbə qazanıb, rəşadətli əsgər və zabitlərimiz nümayiş etdirdikləri igidlik və şücaət nümunələri ilə qəhrəmanlıq dastanı yazıblar. MSN-in bu tarixi Zəfərə verdiyi layiqli töhfələr vurğulanıb, nazirliyin əzmkar kollektivinin Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi fədakarlıq bir daha diqqətə çatdırılıb.
Natiqlər möhtərəm Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin əhəmiyyəti, konstitusiya dəyərlərinin qorunması və ölkəmizin suverenliyinin möhkəmləndirilməsi istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü və uğurlu siyasət haqqında danışıblar.
Çıxışlardan sonra ETİ-nin YAP-ın sıralarına yeni qəbul edilmiş 90 nəfər əməkdaşına xalqımız tərəfindən böyük coşqu ilə qeyd edilən bu bayram ərəfəsində təntənəli şəkildə partiya vəsiqələri təqdim olunub.
Sonda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin, o cümlədən Nazirliyin strukturuna daxil olan ETİ-nin əldə etdiyi uğurlu nəticələrdən bəhs edən videoçarx nümayiş olunub.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib