"Optika-Mexanika" İstehsalat Birliyi Xaçmaz "Kondensator" zavodunun əsaslı yenidənqurmadan sonra açılışı oldu
Sentyabrın 23-də Respublika Prezidenti İlham Əliyevin iştirakı ilə "Optika-Mexanika" İstehsalat Birliyi Xaçmaz “Kondensator” zavodunun əsaslı yenidənqurmadan sonra açılışı oldu.
Ümummilli lider Heydər Əliyevin zavodun həyətində ucaldılmış abidəsi ziyarət edildi.
Nazir Yavər Camalov Respublika Prezidentinə zavod barədə ətraflı məlumat verdi. Bildirdi ki, Xaçmaz "Kondensator" zavodu 1981-ci ildə Rusiyanın Tula şəhərində yerləşən Severo-Zadonsk hərbi təyinatlı zavodun tabeliyində olmuşdur. Əvvəllər kiçik sex kimi fəaliyyət göstərmiş, 1983-cü ildə burada zavod tikilmiş, müəssisə 1987-ci ildən tam fəaliyyətə başlamışdır. Vaxtilə Xaçmaz "Kondensator" zavodunda istehsal olunan müxtəlif markalı kondensatorlar keçmiş SSRİ-nin bütün respublikalarına ixrac edilirdi. 1992-ci ildə bu zavod “Elektrolit” İstehsalat Birliyinin tabeliyinə verilmişdir. 1993-cü ildən isə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin strukturuna daxil edilmişdir. Zavodun əsas fəaliyyəti kondensatorlarla yanaşı, xalq istehlak mallarının istehsalı və əhaliyə pullu xidmət göstərməkdən ibarətdir.
Sonra zavodun yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən filmə baxıldı.
Müəssisədə yaradılan Heydər Əliyev muzeyi ilə də tanışlıq oldu. Burada Ulu öndərin Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlərə və dövlət başçısı İlham Əliyevin bu siyasəti uğurla davam etdirərək ölkənin müdafiə sənayesinin inkişafı istiqamətində gördüyü işlərə dair fotolar nümayiş etdirildi.
Sonra dövlət başçısının iştirakı ilə müəssisədə istehsal olunan məmulatların sərgisinə baxış oldu.
Müəssisə ilə tanışlıq zamanı bildirildi ki, zavodun ümumi sahəsi 24 min kvadratmetrdir. 3690 kvadratmetrlik istehsal sahəsində 2010-2011-ci illərdə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Tikinti və yenidənqurma işlərindən sonra zavodda yaradılan yeni istehsal sahələrində quraşdırılan və müasir tələblərə cavab verən xüsusi cihaz və avadanlığın köməyi ilə müxtəlif təyinatlı məmulat – yüksək böyütmə qabiliyyətinə malik kompaslı prizmalı binokllar, toplar üçün K-1 tipli kollimator, 60, 82 və 120 millimetrlik minaatanları hədəfə tuşlamaq üçün MTON-44M tipli təkmilləşdirilmiş optik nişangah istehsal olunur.
Qeyd edildi ki, PK-A tipli kollimator nişangahları avtomat və əl pulemyotlarını hədəfə tuşlamaq üçün nəzərdə tutulmuşdur. Nişangah 5,45 və 7,62 millimetrlik Kalaşnikov avtomatları və əl pulemyotları ilə 300 metr məsafədə hədəfi çox dəqiq vurmağı təmin edir. Müxtəlif böyütmə qabiliyyətinə malik optik snayper nişangahları isə normal və iri çaplı snayper tüfənglərini hədəfə tuşlamaq üçün nəzərdə tutulmuşdur.
Diqqətə çatdırıldı ki, mexaniki istehsal və optika sexlərindən əlavə, zavodda sənaye məhsulları hazırlayan sex də fəaliyyət göstərir. Burada əsasən məişətdə istifadə olunan məmulatlar hazırlanır.
Müəssisədə yeni açılan iş yerlərinin sayı 76-ya çatdırılmışdır. Əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də Dövlət Müdafiə Sifarişi Proqramının icrası təmin olunmuş, bir sıra yeni təyinatlı məmulatın istehsalı mənimsənilmişdir.
2011-ci ildə Müdafiə Sənayesi Nazirliyinin qarşısında istehsalın həcmini 15 faiz yüksəltmək, yeni növ müdafiə təyinatlı məmulatın yaradılması, yeni iş yerlərinin açılması və işçilərin orta aylıq əməkhaqqının artırılması kimi mühüm vəzifələr durur.
Açılışda iştirak edən ölkə başçısı İlham Əliyev sonda zavodun kollektivinə uğurlar arzuladı, tövsiyə və tapşırıqlarını verdi.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
30.04.2026, 16:04
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
29.04.2026, 18:06
Azərbaycan və BƏƏ arasında müdafiə sənayesi sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
21.04.2026, 14:06
“DSA 2026” sərgisində bir sıra görüşlər keçirilib
20.04.2026, 14:08
Azərbaycan məhsulları “DSA 2026” sərgisində nümayiş etdirilir
16.04.2026, 18:50
Qazaxıstanla Azərbaycan arasında müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub
15.04.2026, 19:20
Müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində əməkdaşlıq haqqında Memorandum çərçivəsində protokol imzalanıb
03.04.2026, 17:20
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı onlayn maarifləndirici tədbir keçirilib
03.04.2026, 15:53
Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunun icrasına başlayıb
04.03.2026, 09:20
MSN ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb
03.03.2026, 12:20
Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada rəsmi səfərdədir