Nazir Yavər Camalov İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general – mayor Əhməd Vəhidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi
Müdafiə Sənayesi Nazirliyinin Elektron Hesablayıcı Maşınlar zavodunda keçirilən görüşdə nazir Yavər Camalov nümayəndə heyətinə nazirliyin yaranması və fəaliyyəti barədə ətraflı məlumat verdi.
Dostluq və mehribançılıq şəraitində keçən görüşdə iki ölkə arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf persperktivlərinə dair geniş fikir mübadiləsi aparıldı.
Nümayəndə heyətinin başçısı, general – mayor Əhməd Vəhidi səmimi qəbula görə minnətdarlığını bildirdi.
Görüşün sonunda nümayəndə heyəti Elektron Hesablayıcı Maşınlar və “Peyk” zavodları ilə yaxından tanış oldu, nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlardan təşkil olunmuş sərgiyə baxdı.
Görüşdə Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov və İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhrami də iştirak edirdilər.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib