“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
İyulun 11-də Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda “Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın 2025–2026-cı tədris ili üzrə hesabat və məzun günü tədbiri keçirilib.
Tədbirdə müdafiə sənayesi naziri Vüqar Mustafayev, ölkənin bir sıra ali təhsil müəssisələrinin rektorları və digər şəxslər iştirak ediblər.
İştirakçılar müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüblər.
Akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənin müdafiəsi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nazir V.Mustafayev çıxış edərək müasir dövrdə güclü müdafiə sənayesinin əsasını yalnız istehsal imkanları deyil, yüksək intellektual potensiala malik insan kapitalının təşkil etdiyini bildirib. O qeyd edib ki, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müdafiə sənayesi sürətli inkişaf mərhələsinə qədəm qoyub və bu inkişafın təməlində elm, təhsil və sənaye arasında qurulan səmərəli əməkdaşlıq dayanır.
Tədbir zamanı "Milli Tədqiqatların Dəstəklənməsi Proqramı" çərçivəsində icra olunan “Milli Energetik Materialların İnkişafı Proqramı”nın qaliblərinə mükafatlar, “Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı” çərçivəsində həyata keçirilən “İxtisaslaşmış Akademik Tədris Proqramı” və “İstehsalat Təcrübəsi Proqramı”nı uğurla başa vuran tələbələrə sertifikatlar, universitet-sənaye əməkdaşlığına verdikləri mühüm töhfələrə görə Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Xəzər Universitetinin rəhbərlərinə təşəkkürnamələr təqdim olunub.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə