Müdafiə sənayesi üzrə kadr hazırlığı məsələləri müzakirə olunub
Oktyabrın 17-də müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevlə görüşüb.
Nazir müavini H.Əzimov Azərbaycanın müdafiə sənayesinin prioritetləri, bu sahədə çağdaş tələblərə uyğun ixtisaslı kadr hazırlığı, mütəxəssislərin təkmilləşdirilməsi, ümumən innovativ mühəndisliyin inkişaf etdirilməsi ilə bağlı qarşıda duran vəzifələr barədə danışıb. O, dünyada müdafiə sənayesinin sürətli inkişaf tempinə uyğun olaraq ölkəmizdə bu sahədə xüsusi bilikli və bacarıqlı kadrların yetişdirilməsinin perspektivləri, Elm və Təhsil Nazirliyinin elmi institutları və ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
AzTU-nun rektoru V.Vəliyev Azərbaycanın müdafiə sənayesi üçün ixtisaslı kadrların hazırlanması məqsədilə MSN-in təşəbbüsü əsasında 2012-ci ildən universitetdə fəaliyyət göstərən Xüsusi texnika və texnologiya fakültəsinin təhsil-tədris prosesinin təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib. O, istehsalla təhsilin əlaqələndirilməsi üçün MSN-in tabeli müəssisələri ilə səmərəli əməkdaşlıq edildiyini bildirib, tələbələrin nəzəri biliklərinin praktika əsasında möhkəmləndirilməsi, onların spesifik sahədə püxtələşməsi və yeni ideyalarla çıxış etmələrinə münbit şərait yaradıldığına görə Nazirliyin rəhbərliyinə minnətdarlığını çatdırıb.
Görüşdə AzTU-da müdafiə sənayesi üçün zəruri olan ixtisasların tədris keyfiyyətinin artırılması, MSN-in mütəxəssislərinin və tələbə-müəllim heyətinin birgə təcrübi-konstruktor işlərinin təşkili ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib