Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “İxtisaslaşmış Akademik Tədris proqramı”nın 2026–2027-ci tədris ilinin payız semestri üzrə test imtahanı və müsahibə mərhələsi keçirilib.
Ümumilikdə 247 namizədin iştirak etdiyi müsabiqədə Azərbaycan Texniki Universiteti (AzTU), Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Ali Neft Məktəbinin tələbələri öz biliklərini nümayiş etdiriblər.
Komissiyanın tərkibində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən institutlar, eləcə də müxtəlif ali təhsil müəssisələrinin professor-müəllim heyəti və ixtisaslaşmış mühəndislər iştirak ediblər.
Qeyd edək ki, AzTU-da təşkil olunan proqramın əsas məqsədi müdafiə sənayesi sahəsi üzrə ixtisaslaşmış kadr hazırlığının gücləndirilməsi, gənc mütəxəssislərin bilik və peşə bacarıqlarının inkişaf etdirilməsi, həmçinin bu sahədə təhsil və istehsalat arasında əməkdaşlığın daha da genişləndirilməsidir.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
22.09.2026, 18:30
Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə (ADEX) həsr olunmuş mətbuat konfransı keçirilib
21.09.2026, 16:41
“Sülh Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
10.09.2026, 17:02
Qubada keçirilən Yay Məktəbi başa çatıb
07.09.2026, 18:01
Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə Yay Məktəbinin açılış mərasimi baş tutub
06.08.2026, 17:41
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasında işgüzar səfərdədir
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb