Müdafiə Sənayesi Nazirliyinin XIV Asiya Müdafiə Xidmətləri Sərgisində (DSA-2014) nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılandı
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən XIV Asiya Müdafiə Xidmətləri Sərgisində (DSA-2014) nümayiş etdirildi.
Bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Malayziyada səfərdə oldu.
Dünyanın ən böyük beş müdafiə sənayesi sərgisindən biri olan “DSA-2014”-də Müdafiə Sənayesi Nazirliyi 132 adda müdafiə təyinatlı məmulatla təmsil olunurdu.
MSN bu sərgidə nazirliyin müəssisələrində yaradılan və istehsal olunan “İstiqlal”, “Mübariz”, “Yalquzaq” snayper tüfənglərini, tank və zirehli texnikalar üçün pulemyotu, hücum pulemyotunu, ilk dəfə olaraq universal pulemyotu, “Zəfər”, “Zəfər-K” və “İnam” tapançalarını, pilotsuz uçuş aparatlarını, aviasiya təlim bombasını, müxtəlif çaplı sursatları, əleyhqazları və s. məmulatları nümayiş etdirdi.
Nümayiş etdirilən məmulatlar sərgidə iştirak edən və qonaq qismində qatılan ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılandı.
MSN stendində cari ilin sentyabr ayında Bakıda keçiriləcək “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisinin təqdimatı da keçirildi.
“DSA-2014” sərgisinin açılışından sonra iştirak edən və qonaq qismində qatılan ölkələrin nümayəndələri MSN-in stendini ziyarət etdilər. Ziyarətçilərə nümayiş etdirilən məmulatlar barədə nazirliyin mütəxəssisləri tərəfindən geniş məlumat verildi. Sərgi zamanı Azərbaycanda keçiriləcək “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı da ətrafı məlumatlar verildi və dəvətlər çatdırıldı.
Səfər çərcivəsində nazir Yavər Camalovun MSN-in stendini ziyarət edən Malayziyanın müdafiə naziri Hişammuddin Tun Hüseyni və Türkiyə müdafiə nazirinin müavini Hasan Kamal Yardımçı, Əmniyyət Baş İdarəsinin rəhbəri Mehmet Kılınclar, Pakistanın böyük müdafiə şirkətlərindən olan GİDS Korporasiyası İdarə Heyətinin sədri Zübeyir İqbal Malikin və Tailandın Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşləri oldu.
Görüşlər zamanı nazir Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə məlumatlar verdi.
Görüşlərdə müdafiə sənayesi üzrə qaşılıqlı əməkdaşlıq məsələləri müzakirə edildi və bu sahədə əlaqələrin inkişaf etdirilməsi üçün birgə tədbirlərin həyata keçirilməsinə dair ümumi razılıq əldə olundu. Eyni zamanda, görüş iştirakçıları sentyabr ayında Bakıda keçiriləcək “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisinə dəvət edildilər.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib