Müdafiə Sənayesi Nazirliyinin Vətən Müharibəsində iştirak etmiş bir qrup əməkdaşı təltif edilib
Azərbaycanın əzəli və tarixi torpaqlarını 30 ilə yaxındır işğal altında saxlayan Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribata cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişi ilə rəşadətli Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirdi və qısa müddətdə düşməni sarsıdıcı məğlubiyyətə uğratdı. 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan böyük Zəfər qazandı. Rəşadətli Azərbaycan Ordusu düşməni diz çökdürərək işğal altındakı torpaqlarımızı azad etdi və ölkəmizin ərazi bütövlüyü təmin edildi.
Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin də 72 əməkdaşı iştirak edərək bu şanlı tarixin bir parçasına çevrilməyi bacardı. Onlardan Ağaəmi Heybətov, Nurlan Zeynalov və Nicat Hüseynov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəldi, 7 əməkdaş isə yaralanaraq qazi oldu.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra əsgər Heybətov Ağaəmi Elçin oğlu "Vətən uğrunda", baş leytenant Zeynalov Nurlan Rəfayıl oğlu "Vətən uğrunda", “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, əsgər Hüseynov Nicat Ziyafət oğlu "Vətən uğrunda" medalları ilə təltif olunublar. Vətən Müharibəsində göstərdikləri şücaətə görə həmçinin əsgər Balayev Xəyyam Ənvər oğlu “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, baş leytenant Əliyev Ruslan Adilxan oğlu “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, leytenant Əlizadə Təhməz Zabit oğlu “Füzulinin azad olunmasına görə”, əsgər Cəlalzadə Sahil Kamran oğlu “Kəlbəcərin azad olunmasına görə”, əsgər Əliyev Hikmət Zahid oğlu “Qubadlının azad olunmasına görə”, mayor Nuriyev Ramil Yusifəli oğlu isə “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif ediliblər.
Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralıların tezliklə sağalmasını arzu edirik!
QƏLƏBƏ BİZİMDİR!
QARABAĞ AZƏRBAYCANDIR!
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib