Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatlar "IndoDefence-2012" sərgisində nümayiş etdirildi
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar noyabrın 7-dən 10-dək İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən “IndoDefence-2012” beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirildi.
Beynəlxalq sərgidə 125 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Azərbaycanın nümayiş etdirdiyi məmulatlar, xüsusilə müxtəlif növ döyüş sursatları, pilotsuz uçuş aparatları, 12,7 mm-lik və 14,5mm-lik “İstiqlal” snayper tüfəngləri, tapançalar maraqla qarşılandı.
Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyinin stendi ilə yaxından tanış olan İndoneziya, Malaziya, Sinqapur və digər ölkələrin nümayəndələri Azərbaycanın “IndoDefence-2012” beynəlxalq sərgisindəki iştirakını yüksək qiymətləndirdiklərini və gələcəkdə MSN ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirdilər.
Səfər çərçivəsində nazir Yavər Camalovun İndoneziyanın müdafiə naziri Purnomo Yusqiantoro, Belarusiya Dövlət Hərbi Sənaye Komitəsi sədrinin birinci muavini Qolovçenko Roman Aleksandroviç və sərgiyə qatılan bir sıra ölkələrin müdafiə sənayesi sahəsi üzrə dövlət rəsmiləri ilə görüşləri keçirildi. Keçirilən görüşlərdə ikitərəfli əməkdaşlıqların yaradılması və mövcud olan əməkdaşlıqların inkişaf etdirilməsinə dair müzakirələr aparıldı.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib