Müdafiə Sənayesi Nazirliyinin müdafiə təyinatlı məmulatları Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən "IDEX-2011" Beynəlxalq Müdafiə Sərgisində nümayis etdirilir
Fevralın 20-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən “IDEX-2011” Beynəlxalq Müdafiə Sərgisinin açılışı olmuşdur. Açılış-konfransda həmin ölkədə səfərdə olan müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak etmişdir.
Dünyanın 70 ölkəsindən 1050-dən çox şirkətin qatıldığı sərgidə Müdafiə Sənayesi Nazirliyi 71 adda müdafiə təyinatlı məmulatla təmsil olunur.
Sərginin ilk günündən etibarən Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar sərgidə iştirak edən və qonaq qismində qatılan digər ölkələrin nümayəndələri tərəfindən böyük maraqla qarşılanmaqdadır.
Sərgi zamanı nazir Yavər Camalov digər ölkələrin stendləri ilə yaxından tanış olmuş və bir neçə ölkənin nümayəndə heyətinin başçılarıyla görüşlər keçirmişdir. Keçirilən görüşlərdə ikitərəfli əməkdaşlığa dair niyyət protokolları imzalanmışdır.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
13.10.2026, 18:38
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
12.10.2026, 16:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
30.09.2026, 19:23
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub