Əsas səhifə \ Müdafiə Sənayesi Nazirliyinin məlumatı
14 noy, 2025 13:02

Müdafiə Sənayesi Nazirliyinin məlumatı

Bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş vermişdir. Qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olmuşdur.

Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Paylaşmaq üçün linki kopyala:

Yazını paylaş

Baxış sayı:

441

Oxşar yazılar