Müdafiə Sənayesi Nazirliyinin kollektivi peşə bayramlarını qeyd etdilər
Dördüncü ildir ki, öz peşə bayramlarını qeyd edən Müdafiə Sənayesi Nazirliyinin işçiləri əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə əklil qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olundu, məzarı üstünə gül dəstələri düzüldü. Şəhidlər xiyabanında uyuyan, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət edildi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyuldu.
Müdafiə Sənayesi Nazirliyi işçilərinin bu il ki, peşə bayramı daha bir əlamətdar hadisə ilə yadda qaldı.
Məhz bu gün, Respublika Prezidenti İlham Əliyevin iştirakı ilə Müdafiə Sənayesi Nazirliyinin yeni bir istehsal müəssisəsinin – Təcrübə-sınaq zavodunun əsaslı təmir və yendənqurmadan sonra açılışı oldu.
Açılışda iştirak edən Respublika Prezidenti zavodda yaradılmış şəraitdən razı qaldığını bildirdi, kollektivə tapşırıq və tövsiyyələrini verdi.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
08.11.2026, 13:45
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
13.10.2026, 18:38
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
12.10.2026, 16:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb