Müdafiə Sənayesi Nazirliyinin "IDEF-2013" sərgisində nümayiş etdirdiyi müdafiə təyinatlı məmulatlar böyük maraqla qarşılandı
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar mayın 7-dən 10-dək Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-2013” XI Beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirildi.
İki ildən bir keçirilən bu sərgidə Müdafiə Sənayesi Nazirliyi üçüncü dəfə idi ki, iştirak edirdi.
İlk dəfə beynəlxalq sərgidə iştirakı 27 adda məmulatla “IDEF-2009” sərgisinə qatılmaqla başlayan MSN bu sərgidə 130 adda müdafiə təyinatlı məmulatla təmsil olundu.
Bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Türkiyədə səfərdə oldu.
“IDEF-2013” sərgisində ilk dəfə olaraq 7,62x51 mm-lik “Yalquzaq” snayper tüfəngi, 7,62x54 mm-lik HP-7,62 tipli hücum pulemyotu, “Gürzə” patrul maşını, pilotsuz uçuş aparatları və digər məmulatlar nümayiş etdirildi.
Nümayiş etdirilən məmulatlardan “Yalquzaq”, “İstiqlal”, “Mübariz” snayper tüfəngləri, hücum pulemyotu, “Gürzə” patrul maşını, müxtəlif növ döyüş sursatları sərgidə təmsil olunan və qonaq qismində qatılan ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılandı.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz iki ölkə arasında digər sahələrdə olduğu kimi müdafiə sənayesi üzrə də əməkdaşlığın inkişaf etdiyini xüsusi vurğuladı. İsmət Yılmaz bu əməkdaşlığın hər iki ölkənin ordusunun güclənməsinə xidmət edəcəyini bildirdi.
Müdafiə sənayesi naziri Yavər Camalov Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi üzrə yeni əməkdaşlıqların yaradılmasına dair birgə layihələrin hazırlandığını bildirdi.
Səfər çərçivəsində Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi üzrə mövcud olan əmakdaşlığın müvafiq sahələrdə genişləndirilməsinə dair niyyət protokolu imzalandı. Protokolu Azərbaycan tərəfindən müdafiə sənayesi naziri Yavər Camalov, Türkiyə tərəfindən isə Milli Müdafiə Nazirliyinin müdafiə sənayesi katibi Murad Bayar imzaladı.
Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edənlərdən İtaliya, Polşa, Cənubi Afrika, Serbiya və digər ölkələrin nümayəndə heyətləri ilə əməkdaşlığın inkişafına dair danışıqlar aparıldı və ümumi razılıqlar əldə edildi.
MSN-in stendini ziyarət edənlər arasında Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də olmuşdur.
Sərgi zamanı nazirliyin nümayəndələri sərgiyə qatılan ölkələrin nümayəndə heyətlərinə gələn il Azərbaycanda keçiriləcək “ADEX-2014” Beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı ətrafı məlumatlar verdi və dəvətlər çatdırdılar. Artıq bir neçə ölkə “ADEX-2014” sərgisində iştirak edəcəyini təsdiq etmişdir.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib