Müdafiə Sənayesi Nazirliyinin «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın 10-cu bəndinin («Etik davranış qaydalarının təkmilləşdirilməsi») icrası ilə bağlı illik hesabatı
2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli, 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın 10-cu bəndinin icrasını təmin etmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən dövlət qulluqçularının etik davranış qaydalarının təkmilləşdirilməsi üçün treninq keçirilmişdir.
Treninqdə vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi kimi məsələlərə dair maarifləndirmə işləri aparılmışdır.
Cari ildə MSN-də etik davranış qaydalarının təkmilləşdirilməsi ilə əlaqədar görülmüş işlərə dair məlumatlar, qanunvericiliyin tələblərinə uyğun olaraq, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edilmiş, nazirliyin internet saytı (www.mdi.gov.az) vasitəsilə ictimaiyyətə açıqlanmışdır.
Ötən illərdə olduğu kimi, 2015-ci ildə də etik davranış qaydalarının pozulması ilə bağlı daxil olmuş şikayətlərin effektiv araşdırılması mexanizmlərinin müəyyən edilməsi daim diqqət mərkəzində saxlanılmış, bununla əlaqədar nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə və əməkdaşlarına xüsusi tapşırıqlar verilmişdir.
Nazirliyin internet saytının «Etik davranış» adlı xüsusi bölməsinin və qeyri-etik davranış barədə elektron şikayət etmə mexanizminin asanlaşdırılması məqsədilə yaradılmış «Etik şikayət» adlı alt bölməsinin fəaliyyəti diqqətdə saxlanılmışdır.
Bölmələrin yerləşdiyi səhifədə onlardan istifadə qaydaları və MSN-in 28 avqust 2007-ci il tarixli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin dövlət qulluqçularının etik davranış qaydaları haqqında Əsasnamə» yerləşdirilmişdir.
Eyni zamanda, MSN-in «Etik davranış qaydalarının uyğunluğuna nəzarət və onun təhlilini aparan məhsul şəxsin (etik müvəkkilin) təyin edilməsi barədə» 28 fevral 2011-ci il tarixli əmri ilə təyin edilmiş etik müvəkkil tərəfindən nazirlikdə çalışan dövlət qulluqçularının xidməti davranışlarının qanunvericiliklə müəyyən olunan etik davranış qaydalarına uyğunluğu daim nəzarətdə saxlanılmışdır.
Etik müvəkkil, normativ hüquqi sənədlərin tələblərinə əsasən, etik davranış qaydalarının təkmilləşdirilməsi məqsədilə treninqin təşkil edilməsində, görülmüş işlərə dair illik hesabatın hazırlanmasında bilavasitə iştirak etmişdir.
Nazirliyin müvafiq əmrləri ilə «Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planları»nın icrasının təmin edilməsi üçün təsdiq edilmiş 2015-ci ilin «İş planları»na əsasən, vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi, mütəmadi olaraq vətəndaşların qəbulunun təşkili, ərizə və şikayətlərin elektron qaydada qəbulu və rəsmi cavablandırılması, dövlət qulluqçularının peşəkarlığının artırılması, maraqların toqquşmasının qarşısının alınması, habelə dövlət qulluqçuları üçün etik davranış məsələləri üzrə treninqin təşkil edilməsi, etik davranış qaydalarının pozulması ilə əlaqədar daxil olmuş şikayətlərin effektiv araşdırılması mexanizmlərinin müəyyən edilməsi, etik davranış məsələləri üzrə illik hesabatın hazırlanması və digər məsələlərlə bağlı məqsədyönlü işlər həyata keçirilmişdir.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib