Müdafiə Sənayesi Nazirliyində Çinin “CETC İnternational” şirkətinin nümayəndələri ilə görüş keçirildi
Aprelin 3-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Çin Xalq Respublikasının müdafiə sənayesi sahəsində yüksək texnologiyalı məhsullar istehsal edən “CETC International” şirkətinin baş direktoru Long Binin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşdü. Qonaqları salamlayan nazir müavini Yəhya Musayev Azərbaycan ilə Çin arasındakı mövcud əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğuladı və nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə dair məlumat verdi.
Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə CETC International şirkəti arasında müxtəlif sahələr üzrə əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi və perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı. Sonda müzakirə olunan məsələlərlə bağlı işçi qrupunun yaradılmasına dair razılıq əldə olundu.
Nümayəndə heyətinin başçısı Long Bin səmimi qəbula görə minnətdarlığını bildirdi. Görüşdə Azərbaycanın Çindəki hərbi attaşesi, 1-ci dərəcəli kapitan Elçin Cəfərov da iştirak edirdi.
Qeyd edək ki, əsasən elektron komponentlərin və avadanlıqların istehsalı ilə məşhurlaşan və dünyanın 100-dən çox ölkəsi ilə əməkdaşlıq edən CETC International şirkəti hazır məhsullarının çeşidinin və keyfiyyətinin səviyyəsi ilə seçilir. Şirkət Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə son illər Azərbaycanda keçirilən “ADEX” beynəlxalq müdafiə sərgilərində stendlə təmsil olunaraq öz məhsullarını nümayiş etdirmişdir.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib