Müdafiə Sənayesi Nazirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubleyi ilə bağlı "dəyirmi masa" keçirildi
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar Respublika Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Müdafiə Sənayesi Nazirliyində və eyni zamanda nazirliyin tabeli müəssisələrində Ulu Öndərin 90 illik yubileyinin layiqincə qeyd ediməsi məqsədilə xüsusi Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir.
Tədbirlər Planına əsasən ümummilli liderin 90 illik yubileyi münasibətilə Müdafiə Sənayesi Nazirliyində və eləcə də nazirliyin tabeli müəssisələrində silsilə tədbirlər keçirilir.
Mayın 7-də Müdafiə Sənayesi Nazirliyinin aparatında Yeni Azərbaycan Partiyası (YAP) Ərazi İlk Partiya Təşkilatı ilə birgə “Heydər Əliyev Azərbaycanda müdafiə sənayesinin təməlini qoymuşdur” mövzusunda "dəyirmi masa" keçirildi.
"Dəyirmi masa" iştirakçıları əvvəlcə nazirliyin foyesində Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin büstünü ziyarət etdilər, önünə gül dəstələri qoydular. Ulu Öndərin fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, həyatının ən müxtəlif məqamlarını əks etdirən şəkillərə baxdılar, həyat və fəaliyyətindən bəhs edən ədəbiyyatlarla tanış oldular.
"Dəyirmi masa"da Azərbaycanın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin mənalı ömür yolu, siyasi fəaliyyəti, zəngin dövlətçilik təcrübəsi və ölkəmizin inkişafı naminə gördüyü işlərdən danışıldı.
Qeyd edildi ki, hazırda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrin əksəriyyəti məhz Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərliyi zamanı yaradılmışdır. Ulu Öndər hələ 1979-cu ildə Bakı Aqreqat İstehsalat Birliyində, hazırda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən ”İqlim” Elmi İstehsalat Müəssisəsində seçiciləri ilə görüşü zamanı Azərbaycanda aviasiya sənayesi üzrə müəssisələrin yaradılmasının vacibliyindən danışmış, bu müəssisələrin respublikanın gələcək inkişafında böyük rol oynayacağını bildirmişdir.
İllər öncə əsası ümummilli lider tərəfindən qoyulan Azərbaycanın müdafiə sənayesi bu gün Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında surətlə inkişaf edir. Artıq respublikada istehsalı olan müdafiə təyinatlı məmulatlar Azərbaycan brendi kimi beynəlxalq sərgilərdə nümayiş etdirilir və böyük maraqla qarşılanır.
Ulu Öndərin 90 illik yubileyi ərəfəsində- mayın 7-dən 10-dək Müdafiə Sənayesi Nazirliyi istehsal etdiyi məmulatlarla Azərbaycanı daha bir beynəlxalq sərgidə təmsil edir. Bu sərgidə Azərbaycan 130 adda müdafiə təyinatlı məmulatla təmsil olunur.
Bu gün dünyanın inkişaf etmiş dövlətləri ilə bir arada Azərbaycan istehsalı olan müdafiə təyinatlı məmulatların nümayiş etdirilməsi Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün qürurvericidir. Bu qürurun mənbəyi isə Ulu Öndər Heydər Əliyevdir.
"Dəyirmi masa" iştirakçıları bir neçə gün öncə Heydər Əliyev Fondunu ziyarət etdiklərini və Fonddan zəngin təəssüratlarla ayrıldıqlarını da bildirdilər.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib