Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Mehman Baxışovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda rəsmi səfərdə olub.
Nümayəndə heyəti Tbilisi şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkını ziyarət edərək, Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad edib.
Səfər zamanı M.Baxışov Gürcüstanın müdafiə naziri İrakli Çikovani, müdafiə nazirinin müavinləri Davit Kupatadze və Grigol Giorgadze, həmçinin "Delta" Dövlət Hərbi-Elmi Texniki Mərkəzinin baş direktoru Davit Axvlediani ilə görüşlər keçirib.
Görüşlərdə Azərbaycan və Gürcüstan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, hərbi-texniki əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti, həmçinin "Delta" Dövlət Hərbi-Elmi Texniki Mərkəzini, "Delta-WB" MMC-ni və "Tbilaviamsheni" ASC-ni ziyarət edib. Onlara müəssisələrin fəaliyyət istiqamətləri, istehsal gücləri və müasir texnoloji imkanları barədə ətraflı məlumat verilib.
Ziyarətlər zamanı müdafiə sənayesi sahəsində qarşılıqlı faydalı əməkdaşlıq imkanları müzakirə edilib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
30.09.2026, 19:23
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
30.09.2026, 11:46
Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri öz işinə başlayıb
30.09.2026, 09:51
“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına