Müdafiə Sənayesi naziri Mədət Quliyev Yaponiyanın ölkəmizdəki səfirini qəbul edib
14 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Mədət Quliyev Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Vada Cüniçini qəbul edib.
Görüşdə Azərbaycan və Yaponiya arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparılıb.
Mədət Quliyev səfir Vada Cüniçini təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib.
Nazir Ermənistanın son təxribatları haqqında cənab səfiri ətraflı məlumatlandırıb. O qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanın mülki şəxsləri və infrastrukturu humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra belə məqsədli şəkildə hədəfə alınır. Gəncə şəhəri ilə yanaşı sənaye obyektlərinin və Cənubi Qafqazın ən böyük elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhəri və digər yaşayış məntəqələri ağır artilleriya, həmçinin raket atəşinə tutulur. Mülki əhali arasında öldürülən və yaralanan şəxslər barədə qarşı tərəfə geniş məlumat verilib. Bildirilib ki, Ermənistanın hücumlarının qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmaqdadır və hərb meydanında düşmənə yetərli cavab verilir.
Görüş zamanı, habelə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib