Müdafiə sənayesi naziri Mədət Quliyev Qırğızıstanın ölkəmizdəki səfirini qəbul edib
Aprelin 8-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Qırğızıstan Respublikasının ölkəmizdəki səfiri Osmonalıyev Kayrat Mederbekoviçi qəbul edib.
Mədət Quliyev səfirin diqqətinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb. Azərbaycan Ordusunun tarixi Qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsində hərbi əməliyyatlar zamanı yerli hərbi sənayemizin istehsalı olan bir sıra silah və texnikalardan aktiv istifadə edilməsi bu qərarın düzgün və zamanında qəbul edildiyini bir daha sübut etdiyini vurğulayan nazir səfiri Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində istehsal olunan müdafiə təyinatlı məhsullar barədə məlumatlandırıb. Eyni zamanda Mədət Quliyev Qırğızıstan Respublikasının hərbi sənaye sahəsində çalışan mütəxəssislərini Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət etmək üçün Azərbaycana dəvət edib.
Görüş zamanı nazir və səfir arasında Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində istehsal olunan müdafiə təyinatlı məhsulların ixrac imkanlarına dair fikir mübadiləsi aparılıb və iki ölkə arasında hərbi texniki sahədə əməkdaşlığın qurulmasının və bu istiqamətdə əlaqələrin genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Qırğızıstan Respublikasının ölkəmizdəki səfiri Osmonalıyev Kayrat Mederbekoviç səmimi qəbula görə nazir Mədət Quliyevə təşəkkürünü bildirərək, 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbəyə görə təbriklərini çatdırıb. Səfir hərbi-texniki sahədə Azərbaycan-Qırğızıstan əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu və bu münasibətlərin gələcəkdə daha da uğurla inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib