Müdafiə sənayesi naziri Mədət Quliyev Pakistanın ölkəmizdəki səfirini qəbul edib
04 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeni qəbul edib.
Nazir Bilal Hayeni təyinatı münasibətilə təbrik edərək, onun iki dost ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib.
Görüş zamanı Mədət Quliyev Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu vurğulayıb. Ermənistan silahlı qüvvələrinin hazırda davam edən təcavüzü ilə bağlı dost ölkənin qəti mövqeyini və hər zaman Azərbaycanın yanında olmasının xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
M.Quliyev son günlərdə Pakistanda baş verən terror aktları ilə əlaqədar günahsız insanların öldürülməsi və yaralanması ilə bağlı səfirə dərin hüznlə başsağlığı verib. Nazir bildirib ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən başlayaraq Tərtər, Ağdam, Mingəçevir, Ağcabədi, Beyləqan, Gəncə, Bərdə şəhərlərini, bir sıra kənd və qəsəbələri, yaşayış məntəqələrini ağır artilleriya və raket qurğularından atəşə tutması nəticəsində mülki əhalimizə qarşı insanlıq əleyhinə cinayətlər törədilib. Səfirin diqqətinə çatdırılıb ki, dinc sakinlərə qarşı raket hücumları nəticəsində ümumilikdə 91 nəfər qətlə yetirilib, 405 nəfər yaralanıb, minlərlə yaşayış evinə və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib. Bu bir daha sübut edir ki, döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusu çıxış yolunu mülki əhaliyə qarşı yönəlmiş cinayətlərdə görür.
Nazir Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən düşmənə hərb meydanında yetərli cavab verilməsi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, onlarla kənd, qəsəbə və yaşayış məntəqələrinin işğaldan azad edilməsi, qədim Xudafərin körpüsünə Azərbaycan bayrağının sancılması ilə bağlı səfiri məlumatlandırıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Bilal Haye Pakistanın həmişə Azərbaycanın yanında olduğunu bildirib.
Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib