Müdafiə sənayesi naziri Mədət Quliyev Belarus Respublikasının ölkəmizdəki səfirini qəbul edib
17 mart 2021-ci il tarixində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ravkov Andrey Alekseyeviçi qəbul edib.
Nazir səfiri təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib. Mədət Quliyev Azərbaycan və Belarus arasında qarşılıqlı hörmət və etimadın mövcudluğunu, istər siyasi-iqtisadi, istərsə də hərbi sahələrdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. Nazir dövlət başçıları arasındakı səmimi dostluq və qarşılıqlı etimaddan qaynaqlanan ikitərəfli əməkdaşlığın təkcə iki ölkənin deyil, bütövlükdə regionun gələcək tərəqqisi üçün səmərəli olacağından əminliyini ifadə edib.
Daha sonra Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə edilib. Nazir səfirin diqqətinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb. M.Quliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açıb, Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində dəyən zərərlər barədə qonağı məlumatlandırıb.
Səmimi qəbula görə təşəkkür edən səfir ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu qeyd edərək, Azərbaycan və Belarus arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.
Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib