Müdafiə sənayesi naziri Mədət Quliyev Belarus Respublikasının müdafiə nazirini qəbul edib
20 may 2021-ci il tarixində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Mədət Quliyev qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət başçılarımızın yaxın dostluq əlaqələri ölkələrimiz və xalqlarımız arasındakı qarşılıqlı hörmət və etimada söykənir. Azərbaycan Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir.
Bildirilib ki, hərbi-texniki sahədə Azərbaycan-Belarus əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu münasibətlər gələcəkdə daha da uğurla inkişaf etdiriləcək.
Nazir diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycana qarşı ikili standartlar yürüdən, torpaqlarımızın zəbt olunması faktına illərlə göz yuman bir sıra dünya ölkələrinin və xarici təşkilatların gələcəkdə ölkəmizə silah satmaqdan imtina edə biləcəyi ehtimalını gözə alaraq 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması təşəbbüsünü irəli sürüb. Ordumuzun şanlı qələbəsi və ərazi bütövlüyümüzün bərpası ilə bitən 44 günlük vətən müharibəsində hərbi əməliyyatlar zamanı yerli hərbi sənayemizin istehsalı olan bir sıra silah və texnikalardan aktiv istifadə edilməsi bu qərarın düzgün və zamanında qəbul edildiyini, dövlətimizin başçısının uzaqgörənliyini bir daha sübut etdi.
Səmimi qəbula görə təşəkkür edən və müdafiə naziri kimi ilk xarici səfərini dost ölkə Azərbaycana etdiyindən məmnunluğunu bildirən qonaq ölkəmizlə Belarus arasında ikitərəfli hərbi əlaqələrin bundan sonra da inkişaf edəcəyindən əminliyini bildirib. Viktor Xrenin bu əməkdaşlığın hər iki ölkənin dövlət başçılarının dostluq əlaqələrinə əsaslandığını qeyd edib və diqqətə çatdırıb ki, Belarus Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib.
Görüş Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib