MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
Müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradovla görüşüb.
Görüşdən öncə nazir müavini universitetin 3 saylı tədris binasının infrastrukturu, auditoriyaları və müasir laboratoriyaları ilə tanış olub.
Müzakirələr zamanı UNEC-in tədris imkanları, Müdafiə Sənayesi Nazirliyi (MSN) ilə ali təhsil müəssisələri arasında tərəfdaşlığın strateji əhəmiyyəti, yüksəkixtisaslı insan kapitalının hazırlanmasının vacibliyi, universitet-sənaye əlaqələri, həmçinin tərəflər arasında əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.
Görüşdə MSN-in ali təhsil müəssisələri ilə həyata keçirdiyi layihələr, eləcə də UNEC-də rəqəmsal iqtisadiyyat və mühəndislik istiqamətləri üzrə kadr hazırlığı, ikili diplom proqramları, startap layihələri barədə təqdimatlar keçirilib.
Sonda mühəndis hazırlığı, elmi tədqiqatlar, innovasiya və tələbə startapları istiqamətində MSN-in təşəbbüsləri yüksək qiymətləndirilib və UNEC-in bu təşəbbüslərə qoşulması barədə razılıq əldə olunub.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
12.10.2026, 16:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
30.09.2026, 19:23
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
30.09.2026, 11:46
Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri öz işinə başlayıb