MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılmasının 20 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində yeni tədris ilinin başlanması münasibətilə sentyabrın 26-da Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi, həmçinin Xüsusi texnika və texnologiya fakültəsinin professor-müəllim və tələbə heyəti ilə görüş keçirilib.
Universitetin akt zalında təşkil olunan görüşdə müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov, AzTU-nun rektoru Vilayət Vəliyev, MSN-in rəhbər şəxsləri, AzTU-nun professor-müəllim və tələbə heyəti iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
AzTU-nun rektoru V.Vəliyev çıxış edərək Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 20 illik yubileyi münasibətilə MSN-in kollektivini təbrik edib, yeni tədris ilində Nazirliklə universitet arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndiriləcəyini diqqətə çatdırıb.
Vətən müharibəsində şanlı Zəfərin əldə edilməsində müdafiə təyinatlı müasir texnologiyaların mühüm rolunu vurğulayan rektor bu istiqamətdə yüksəkixtisaslı mühəndislərin yetişdirilməsinin dövlətimizin strateji məqsədlərindən biri olduğunu qeyd edib. O, bu baxımdan AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. V.Vəliyev MSN-in təşəbbüsü ilə AzTU-da SABAH qruplarının yaradılmasının bu istiqamətdə atılan mühüm addım olduğunu vurğulayıb.
Sonra Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.
Müdafiə sənayesi nazirinin müavini H.Əzimov çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə AzTU-nun professor-müəllim və tələbə heyətini təbrik edib, onlara uğurlar arzulayıb.
Azərbaycanın müdafiə sənayesi komplekslərinin modernizasiyası, bu sahənin liberallaşdırılması və kadr potensialının gücləndirilməsi istiqamətində islahatların aparıldığını deyən nazir müavini yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsinin MSN-in əsas hədəflərindən biri olduğunu bildirib.
Elm və Təhsil Nazirliyi ilə MSN arasında müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində imzalanmış əməkdaşlıq Memorandumundan danışan H.Əzimov bu sahədə tədris proqramlarının təkmilləşdirilməsi, tələbələrin MSN-in müəssisələrində təcrübə keçmələri və elmi-texniki əməkdaşlığın genişləndirilməsi üçün Nazirlik tərəfindən hərtərəfli şəraitin yaradıldığını vurğulayıb.
Tədbir AzTU-nun Dayanıqlı İnkişaf Mərkəzində geniş tərkibdə görüşlə davam etdirilib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
10.05.2026, 13:27
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
08.05.2026, 16:32
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
07.05.2026, 12:51
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
06.05.2026, 19:57
“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər keçirilib
05.05.2026, 19:19
“SAHA 2026” sərgisində müdafiə sənayesi üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
05.05.2026, 10:41
Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti “SAHA 2026” sərgisində iştirak edir
30.04.2026, 16:04
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə