Mədət Quliyev Pakistan İslam Respublikasının Milli Günü münasibətilə keçirilən tədbirdə iştirak edib
Martın 17-də Pakistan İslam Respublikasının Milli Günü münasibətilə tədbir keçirilib. Tədbirdə müdafiə sənayesi naziri, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri Mədət Quliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Hökuməti adından Pakistan İslam Respublikasının Milli Günü münasibətilə səfir Bilal Hayeni və Pakistan xalqını təbrik edib.
Nazir vurğulayıb ki, Azərbaycan Respublikası 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycanın suverenliyini tanıyan ilk ölkələrdən biri Pakistan İslam Respublikası olub. O, bu əməkdaşlığın əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Mədət Quliyev qeyd edib ki, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasındakı əməkdaşlığın daha da genişləndirilməsi üçün 01-02 dekabr 2021-ci il tarixlərində Bakı şəhərində Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının növbəti 7-ci iclası keçirilib. İclasın gedişində tərəflər ümumi razılığa gələrək əməkdaşlıq sahələrini daha da genişləndiriblər.
Nazir bu əməkdaşlığın nəticəsi olaraq Azərbaycan Respublikasının Pakistan İslam Respublikası ilə birgə müxtəlif beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və özünümüdafiə hüququna Pakistanın davamlı dəstəyini yüksək qiymətləndirdiyini bildirib.
44 günlük Vətən müharibəsinin ilk günündən Azərbaycanla həmrəyliyini bir daha nümayiş etdirən Pakistan dövlətinə və xalqına səmimi dost və qardaş münasibətinə görə təşəkkürünü bildirən Mədət Quliyev, Azərbaycan dövlətinin Pakistanın dəstəyini heç bir zaman unutmadığını qeyd edib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib