Kərim Kərimovun 100 illik yubileyi qeyd olundu
Noyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin birgə təşkilatçılığı ilə görkəmli alim və hərbi xadim, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, AMEA-nın fəxri üzvü, general-leytenant Kərim Kərimovun anadan olmasının 100 illiyinə həsr edilən tədbir keçirildi.
Tədbiri açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin Prezident İlham Əliyevin “Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi haqqında” 30 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən təşkil olunduğunu bildirdi.
Tədbirdə qeyd edildi ki, bütün ömrünü kosmik raket texnikasının inkişafına həsr etmiş Kərim Kərimovun fəaliyyəti XX əsrdə kosmosun fəth olunması tarixinin ayrılmaz hissəsini təşkil edir. İyirmi beş il ərzində Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasına başçılıq etmiş Kərim Kərimovun adı keçmiş SSRİ-də kosmosun öyrənilməsi sahəsində bir çox nadir elmi-texniki layihələrin həyata keçirilməsi ilə sıx bağlı olub.
Bildirildi ki, bütün əmək fəaliyyətini Moskvada həyata keçirən Kərim Kərimov doğma vətəni Azərbaycan ilə əlaqələrini kəsməyib, respublikanın elmi mərkəzləri, xüsusilə Azərbaycan Milli Aerokosmik Agentliyinin işləri ilə həmişə maraqlanıb, öz dəyərli tövsiyə və məsləhətləri ilə onlara kömək edib. Kərim Kərimov Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif edilib.
Çıxış edən "Azərkosmos" ASC-nin İdarə Heyətinin sədri Rəşad Nəbiyev, rusiyalı kosmonavt Oleq Kotov, akademik Roald Saqdeyev alimin kosmik raket texnikasının inkişafındakı misilsiz xidmətlərindən söz açdılar və onunla bağlı xatirələrini bölüşdülər.
Mərasimdə Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin direktor müavini, professor Tofiq Süleymanov Kərim Kərimovun həyat və fəaliyyəti ilə bağlı geniş məlumat verdi.
Tədbirin sonunda görkəmli alimin xatirəsinə həsr olunan “Yüksəliş” sənədli filmi nümayiş olundu.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib



