İxtisaslı gənc kadrların hazırlanması işinə daha bir töhfə
Gənclərin yüksək texnoloji biliklərə yiyələnməsi, qabaqcıl təcrübəni mənimsəmələri, dünyagörüşlərinin genişləndirilməsi dövlətin təhsil sahəsində qarşıya qoyduğu prioritet vəzifələrdəndir. Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər əsasında insan kapitalının formalaşdırılması işində yaxından iştirak edən Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə mayın 12-də MSN-in müəssisələrinin birində Xəzər rayonunun 120,156, 234 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri üçün növbəti məlumat turu təşkil edilib.
Tədbirdə çıxış edən Nazirliyin məsul əməkdaşları əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətini bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini bildiriblər. Eyni zamanda müstəqilliyin qorunmasının, dövlətin iqtisadi gücünün artırılmasının yüksək ixtisaslı kadrların yetişdirilməsindən asılı olduğunu da qeyd ediblər. Bu baxımdan Azərbaycanda da gənclərin dövlətin gələcək həyatında önəmli rola malik olması və aparıcı qüvvəyə çevrilməsi istiqamətində məqsədyönlü siyasət yürüdüldüyünü vurğulayıblar.
Azərbaycanda son illər elmin, yeni texnologiyaların, kosmik sənayenin inkişafına böyük diqqət yetirildiyi qeyd edilib, sosial-iqtisadi inkişafın yeni mərhələsində ölkənin intellektual gələcəyinin təminatı yolunun məhz bu sahələrin inkişafında, onların müasir tələblər səviyyəsinə çatdırılmasında gənclərin potensialından düzgün istifadənin zəruriliyi barədə də danışılıb.
Tur iştirakçıları Müdafiə Sənayesi Nazirliyinin müasir tələblərə cavab verən sərgi salonunda müəssisələrdə istehsal edilən atıcı silah və sursatlarla, eyni zamanda yeni texnoloji məmulatların nümunələri ilə də tanış olaraq hərbi təyinatlı məhsullar barədə ətraflı məlumatlar əldə ediblər.
Sonda Müdafiə Sənayesi Nazirliyi tərəfindən nəfis tərtibatda hazırlanan, virtual keçidlərlə zəngin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu dövlətçilik siyasətindən, MSN-in fəaliyyətindən, eləcə də bu qurumun 44 günlük Vətən müharibəsində verdiyi töhfələrdən, şəhid əməkdaşlarının və müharibə iştirakçısı olan işçilərinin döyüş yolundan bəhs edən “Tarix yazan qəhrəmanlar” nəşri yuxarıda adları çəkilən təhsil ocaqlarının kitabxanalarına hədiyyə edilib.
Təmsil etdikləri məktəblərin kollektivləri adından çıxış edən şagird və müəllimlər müdafiə sənayesi naziri Mədət Quliyevə mütəmadi təşkil olunan maraqlı və geniş informasiya tutumlu turlara görə minnətdarlıqlarını bildirib, belə tədbirlərin davamlı olmasını arzuladıqlarını vurğulayıblar.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib