"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
Müdafiə Sənayesi Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən "İxtisaslaşmış Akademik Tədris Proqramı" çərçivəsində Milli Aviasiya Akademiyası, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kimi aparıcı ali təhsil müəssisələrində infosessiyalar keçirilib.
İnfosessiyalar tələbələri proqramın strukturu, seçim mexanizmi, qeydiyyat mərhələləri, strateji üstünlükləri və 2026–2027-ci tədris ili üzrə qəbul qaydaları barədə ətraflı məlumatlandırmaq məqsədilə təşkil edilib.
İnfosessiyalar zamanı məlumat verilib ki, "İxtisaslaşmış Akademik Tədris Proqramı" tələbələrin sənaye mühiti ilə sistemli şəkildə tanış olmaları, real istehsal proseslərinin məntiqini anlamalarına imkan yaradır. Proqramın əsas istiqamətləri innovativ düşüncə tərzinin formalaşdırılması, layihə əsaslı öyrənmənin genişləndirilməsi və tələbələrin müxtəlif texnoloji problemlərə həll yönümlü yanaşma vərdişlərinə yiyələnməsidir. İştirakçılar proqramı uğurla başa vurduqdan sonra sertifikat alacaq və müvafiq kadr bazasına daxil ediləcəklər.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
30.09.2026, 19:23
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
30.09.2026, 11:46
Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri öz işinə başlayıb
30.09.2026, 09:51
“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına