“İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC-nin voleybol komandası spartakiadanın qalibi olub
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC-nin voleybol üzrə yığma komandası Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən keçirilən 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş XXII Respublika spartakiadasında (11 oktyabr - 23 noyabr) birinci yerə layiq görülüb.
AZAL İdman Kompleksinin voleybol zalında baş tutan yarışda “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC-nin komandası Milli Aviasiya Akademiyası, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti, həmçinin “Baku Steel Company” şirkətinin yığma komandaları ilə qarşılaşıb və bütün rəqiblərini 2:0 hesabı ilə məğlub edərək yarışın qalibi olub.
Nəzərinizə çatdıraq ki, spartakiadada uğurla iştirak edən Müdafiə Sənayesi Nazirliyinin yığma komandaları futbol və stolüstü tennis üzrə yarışlarda 3-cü, kəndir dartma üzrə yarışda isə 2-ci yerdə qərarlaşıblar.
MSN-nin komandaları spartakiada çərçivəsində daş qaldırma, üzgüçülük, nərd, dama, şahmat və güllə atıcılığı yarışlarında da mübarizə aparacaqlar.
Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası oktyabrın 11-dən noyabrın 23-dək “Zenit” İdman Cəmiyyətinin xidməti sahəsinə daxil olan aviasiya, elektroenergetika və elektrotexnika, müdafiə sənayesi, avtomobil nəqliyyatı və yol təsərrüfatı, metal işçiləri, “Baku Steel Company” və metropoliten sahələri üzrə yığma komandalar arasında 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş XXII Respublika spartakiadası keçirir.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib