Hərbi attaşelər Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət etdilər
Xarici ölkələrin Azərbaycana akkreditə olunmuş hərbi attaşeləri fevralın 20-də Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət etdilər. Nazirliyin “İqlim” Elmi İstehsalat müəssisəsini və Elektron Hesablayıcı Maşınlar (EHM) zavodunu ziyarət edən nümayəndələr hər iki müəssisə ilə yaxından tanış oldu və istehsal prosesini izlədilər.
İlk əvvəl nazirliyin Elektron Hesablayıcı Maşınlar zavodunu ziyarət edən hərbi attaşelərə müəssisənin fəalliyyəti ilə bağlı ətraflı məlumat verildi.
Nümayəndələr EHM zavodunda təşkil olunmuş Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan hərbi təyinatlı məmulatlarla bağlı sərgiyə baxdılar, nümayiş etdirilən hər bir məmulatı böyük maraqla qarşıladılar. Hərbi attaşelər zavodda hazırda ixrac məhsulu kimi istehsal olunan hərbi təyinatlı məmulatların hazırlanma prosesini də izlədilər.
Sonra hərbi attaşelər istesal gücü yüksək olan, daha çox çeşiddə hərbi təyinatlı məhsul istehsal edən “İqlim” Elmi İstehsalat müəssisəsində oldular. Müəssisə ilə yaxından tanış olan nümayəndələrə istehsalı reallaşmış və artıq seriyalı istehsalı həyata keçirilən atıcı silahlarla bağlı ətraflı məlumat verildi. Bildirildi ki, müəssisədə istehsal olunan atıcı silahlar beynəlxalq sərgilərdə nümayiş etdirilir və ixracı həyata keçirilir.
Tanışlıq məqsədi ilə təşkil olunan tədbirdə 21 ölkəni təmsil edən 32 nümayəndə iştirak edirdi.
Sonda hərbi attaşelər müəssisələrdə yaradılmış şəraitə görə məmnunluqlarını ifadə etdilər, tədbirin təşkilinə görə nazirliyin rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Artıq ənənə xarakteri almış bu ziyarət Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Qeyd edək ki, bu qəbildən olan tədbirlər hərbi-texniki sahədə əməkdaşlığın inkişafında və Azərbaycan istehsalı olan hərbi təyinatlı məmulatların ixracının artırılmasında xüsusi rol oynayır.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
