"Cihaz" İstehsalat Birliyi "Sənayecihaz" Elmi İstehsalat Müəssisəsinin əsaslı yenidənqurmadan sonra açılışı oldu
Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu.
Nazir Yavər Camalov müəssisədə aparılan yenidənqurma işləri barədə dövlət başçısına məlumat verdi. Bildirdi ki, “Sənayecihaz” Elmi İstehsalat Müəssisəsi 1956-cı ildə yaradılmışdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1993-cü ildə müəssisə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyinə verilmişdir. Müdafiə Sənayesi Nazirliyi yaradılandan sonra “Sənayecihaz” Elmi İstehsalat Müəssisəsi istehsal sahələrinin bərpa olunması və yenidən qurulması üçün kompleks tədbirlər həyata keçirilmişdir. Son iki ildə müəssisədə 6,5 min kvadratmetrlik istehsalat sahəsi, inzibati binalar yenidən qurulmuş, infrastruktur müasirləşdirilmiş, əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir.
Sonra səhra şəraitində xidməti heyət üçün zəruri olan avadanlıqlara baxış oldu. Bildirildi ki, yedəyə qoşulan sutəmizləyici qurğu səhra şəraitində 1 saatda 600 litr adi suyu və ya 500 litr duzlu suyu tam təmizləyərək içməli vəziyyətə gətirir. Səhra şəraitində olduqca mühüm əhəmiyyət kəsb edən yedəyə qoşulan mini çörək sexində 1 saat ərzində 100 qramlıq 1000, 200 qramlıq 500 çörək bişirmək mümkündür. Çörək sexini xidməti heyətdən 2 nəfərin işlətməsi yetərlidir. Mətbəxdə 2 saat ərzində 4 çeşiddə yemək hazırlamaq mümkündür. Ehtiyac yaranarsa, səhra mətbəxində sutəmizləyən və çörəkbişirən avadanlıq da quraşdırmaq olar. Bu qurğu 400 nəfərin qidalanmasına imkan verən bütün zəruri avadanlıq və mətbəx əşyaları ilə təchiz edilmişdir. Səhra sanitar qovşağı da müasirliyi və praktik xüsusiyyətləri ilə seçilir. Qurğu 1 saatda 2 ton 500 litr suyu isidir. Kondisioner sistemi ilə təchiz olunan qovşağın xidmətindən bir saatda 45 nəfər istifadə edə bilər. Bütün bu qurğuların dizel yanacağı ilə işləməsi olduqca vacib əhəmiyyət kəsb edir.
Respublika Prezidenti İlham Əliyev müəssisəni işə saldı, müəssisə barədə qısa filmə baxıldı.
Açılış zamanı müəssisədə istehsal olunan məhsulların sərgisinə baxış oldu. Bildirildi ki, bu məmulatlar ən müasir standartlara cavab verir və rəqabətədavamlıdır. 2008-2010-cu illərdə “Sənayecihaz” Elmi İstehsalat Müəssisəsində 56 müasir avadanlıq quraşdırılmışdır. Bu avadanlığın bir qismi ən son elmi-texniki yeniliklərə əsaslanan proqram təminatlı dəzgahlardır. Bunlar universal torna, frez, lazerlə kəsmə və pardaqlama dəzgahları, həmçinin şaquli emal mərkəzi, hidravlik presslər, kompressorlar və digər avadanlıqlardır. Həyata keçirilən kompleks tədbirlər nəticəsində son 2 ildə əvvəlki illərlə müqayisədə müəssisədə müdafiə təyinatlı məmulatın istehsalı bir neçə dəfə artmışdır. Güc strukturlarının sifarişləri vaxtında və keyfiyyətlə yerinə yetirilmişdir.
2011-ci ildə müəssisədə 5 adda yeni növ müdafiə təyinatlı məmulatın istehsalı qaydaya salınacaqdır. Bundan başqa, müəssisədə neft sənayesi üçün maye sayğacı, adi və smartkartla işləyən qaz və su sayğacları, sərfiyyatölçən və digər mülki təyinatlı məhsulların istehsalının genişləndirilməsi qarşıya məqsəd qoyulmuşdur.
Yaradılan yeni istehsal sahələrində əlavə olaraq 70 iş yeri açılacaqdır ki, bununla da işçilərin ümumi sayı 250 nəfərə çatdırılacaqdır. Kompleks yenidənqurma tədbirləri işçilərin orta aylıq əməkhaqqının artırılmasına da imkan yaradır.
Açılışda iştirak edən ölkə başçısı İlham Əliyev sonda kollektivə uğurlar arzuladı, respublikanın müdafiə sənayesi potensialının daha da möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarını verdi.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
30.04.2026, 16:04
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
29.04.2026, 18:06
Azərbaycan və BƏƏ arasında müdafiə sənayesi sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
21.04.2026, 14:06
“DSA 2026” sərgisində bir sıra görüşlər keçirilib
20.04.2026, 14:08
Azərbaycan məhsulları “DSA 2026” sərgisində nümayiş etdirilir
16.04.2026, 18:50
Qazaxıstanla Azərbaycan arasında müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub
15.04.2026, 19:20
Müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində əməkdaşlıq haqqında Memorandum çərçivəsində protokol imzalanıb
03.04.2026, 17:20
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı onlayn maarifləndirici tədbir keçirilib
03.04.2026, 15:53
Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunun icrasına başlayıb
04.03.2026, 09:20
MSN ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb
03.03.2026, 12:20
Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada rəsmi səfərdədir