“Baku Esports Cup” turnirinin qalibləri MSN-in istehsal etdiyi silah-sursatla tanış olublar
Cənubi Qafqazda ən böyük kiberidman təşkilatı olan “Gaming League Azerbaijan” ölkəmizdə elektron idmanın təşviqi və inkişafı, gənclərin yüksək texnoloji biliklərə yiyələnməsi, qabaqcıl təcrübəni mənimsəmələri, dünya görüşlərinin genişləndirilməsi, vətənpərvər ruhda tərbiyə olunmaları istiqamətində bir sıra tədbirlər həyata keçirir. Belə tədbirlərin davamı olaraq, “Gaming League Azerbaijan”ın müraciəti əsasında 128 komandadan 400 nəfərdən çox gənc oyunçunun iştirak etdiyi “Baku Esports Cup” turnirinin qalibləri və iştirakçıları Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) təşkilatçılığı ilə Nazirliyin müasir tələblərə cavab verən sərgi salonunda olublar.
Öncə MSN-in məsul əməkdaşları tədbir iştirakçılarını Nazirliyin tarixi və fəaliyyəti barədə məlumatlandırıblar. Onlar Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə bütün sahələrə olduğu kimi, müdafiə sənayesinə də böyük diqqət göstərdiyini, bu sahənin daha da inkişafının dövlətimizin prioritet istiqamətlərindən olduğunu bildirib, Vətən müharibəsində Azərbaycan silahının düşmənə sarsıdıcı zərbələr vurması barədə faktları diqqətə çatdırıblar.
Daha sonra gənclər MSN-in tabeli birlik və müəssisələrində istehsal olunan müxtəlif növ silah-sursatlarla tanış olublar. Mütəxəssislər onlara silahların texniki göstəriciləri haqda məlumatlar verib, gəncləri maraqlandıran sualları cavablandırıblar.
“Gaming League Azerbaijan”ın nümayəndələri və gənclər müdafiə sənayesi naziri Mədət Quliyevə təşkil olunan maraqlı və geniş informasiya tutumlu tədbirə, 44 günlük Vətən müharibəsində yüksək nailiyyətlərə imza atan Azərbaycanın yerli istehsalı olan silahları canlı görmək üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib, belə tədbirlərin davamlı olmasını arzuladıqlarını vurğulayıblar.
Qeyd olunub ki, gələcəkdə Azərbaycan ordusunun və silahının gücünü nümayiş etdirən oyunların hazırlanması nəzərdə tutulub.
Gənclərə Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında MSN-in şanlı Zəfərə verdiyi töhfələr, bu qurumun ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda misilsiz qəhrəmanlıq nümunələri göstərərək şəhidlik zirvəsinə ucalan və müharibə iştirakçısı olan işçilərindən bəhs edən “Tarix yazan qəhrəmanlar” kitabı hədiyyə olunub.
Sonda tədbir iştirakçıları MSN-in əməkdaşı Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevlə xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, “Baku Esports Cup” turniri Gənclər və İdman Nazirliyi və Müdafiə Sənayesi Nazirliyinin dəstəyi, Azərbaycan Kiber İdman Federasiyası və “Gaming League Azerbaijan”ın təşkilatçılığı ilə keçirilib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib