Azərbaycan və Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Dekabrın 4-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə rəsmi səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları səmimi salamlayan nazir V.Mustafayev V.Koakerin Azərbaycana səfərinin iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. O, Azərbaycanın müdafiə sənayesi sektorunun dayanıqlı inkişaf mərhələsində olduğunu və beynəlxalq tərəfdaşlıqların bu inkişafda mühüm rol oynadığını vurğulayıb.
Nazir Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi uğurlar, istehsal imkanları, yeni texnologiyaların tətbiqi haqqında geniş məlumat verib. V.Mustafayev, həmçinin Birləşmiş Krallıqla müdafiə sənayesi sahəsində əlaqələrin inkişaf etdirilməsinin qarşılıqlı fayda gətirəcəyinə inandığını diqqətə çatdırıb.
V.Koaker isə səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Azərbaycanın regional sabitlik və təhlükəsizlik sahəsində oynadığı rolu yüksək qiymətləndirib və Birləşmiş Krallığın müdafiə sənayesi də daxil olmaqla müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.
Qonaq Azərbaycanın müdafiə sənayesində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, iki ölkə arasında tərəfdaşlığın dərinləşdirilməsi üçün geniş potensialın olduğunu qeyd edib.
Səmimi və konsturuktiv şəraitdə keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
30.09.2026, 19:23
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
30.09.2026, 11:46
Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri öz işinə başlayıb
30.09.2026, 09:51
“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına