Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev “ADEX-2018” sərgisini ziyarət etdi
Sentyabrın 25-də “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisini ziyarət edən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin stendində də oldu. Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Respublika Prezidenti İlham Əliyevə “ADEX-2018” sərgisi və Müdafiə Sənayesi Nazirliyi tərəfindən sərgidə nümayiş etdirilən məmulatlarla bağlı geniş məlumat verdi. Bildirdi ki, “ADEX-2018” sərgisi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib. Sərginin iştirakçıları olan bir sıra ölkələr əvvəlki illərlə müqayisədə milli ekspozisiyalarının sahəsini böyüdüblər.
Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə, Rusiya, İsrail və Belarus daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Pavilyonlarda müasir silah və texnikalar nümayiş olunur.
Dövlət başçısı Müdafiə Sənayesi Nazirliyinin pavilyonunda nümayiş etdirilən hərbi məmulatlara baxdı. Bildirildi ki, nazirliyin tabeliyinə verilən müəssisələrdə qısa müddətdə yenidənqurma işləri aparılıb, son illərdə həmin müəssisələrin maşın və avadanlıq parkı yenilənib, bu məqsədlə dünyanın inkişaf etmiş ölkələrindən ən son texnoloji avadanlıqlar alınıb quraşdırılıb. Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş ölkələri ilə sıx əməkdaşlıq qurub. 2009-cu ildən başlayaraq nazirliyin müəssisələrində istehsal olunan məhsullar xaricdə keçirilən Beynəlxalq müdafiə sərgilərində də nümayiş olunur.
Müasir silah və texnikanın, habelə milli müdafiə sahəsində Azərbaycanın gücünün və qüdrətinin böyük nümayişinə çevrilən sərgidə son illərdə ölkəmizdə istehsal olunan yüngül və ağır hərbi texnikalar nümayişə çıxarılıb. Atıcı silahlarla təchiz olunan universal “Gürzə” avtomobili, müxtəlif çaplı atıcı silahlar, raket başlıqları, pilotsuz uçuş aparatları və digər hərbi texnikalar sərginin maraq doğuran eksponatları sırasındadır.
Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin tabeli müəssisələri, o cümlədən Müdafiə Nazirliyi və ANAMA agentliyi sərgidə fəal iştirak edir.
Ümumilikdə, sərgidə quru qoşunları və hərbi hava qüvvələrinin texnika və silahları, hərbi aviasiya silahları, Hava Hücumundan Müdafiə sistem və vasitələri, xüsusi təyinatlı əmlak və vasitələr, informasiya texnologiyaları, kosmik texnologiyalar, ordunun inzibati və texniki təchizatı ilə bağlı yeniliklər nümayiş olunur.
Beləliklə, “ADEX” sərgisi dünyanın silah bazarında ixrac üçün təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq imkanı yaradır. Bu sərgi ən son silah nümunələrinin nümayiş olunması və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün artıq əla platformaya çevrilib. Ölkə başçısı İlham Əliyev sərgidə təmsil olunan bir sıra ölkələrin stendləri ilə də tanış oldu.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
24.09.2026, 10:33
Növbəti "ADEX-2026” və “Securex Caspian” sərgilərinin tarixi bəlli oldu
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib