Əsas səhifə \ Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi...
29 sen, 2026 10:00

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin loqotipi yenilənib

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 2026-cı il 24 avqust tarixli 11/C-15588-26 nömrəli Şəhadətnaməsi ilə qeydiyyata alınmış Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yenilənmiş loqotipinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev tərəfindən müvafiq Əmr imzalanıb.
Yeni loqotip milli kimliyi, dövlətçilik ənənələrini, müdafiə və təhlükəsizlik anlayışlarını, eləcə də müasir texnologiya və innovasiyanı vahid vizual kompozisiyada birləşdirir. Sözügedən loqotipdə səkkizguşəli ulduz, aypara, alov, arı şanı motivləri, elektron dövrələr, dalğalar və texnoloji şəbəkəni ifadə edən elementlər yer alıb.
Loqotipin təqdimatı ilə bağlı videonu diqqətinizə çatdırırıq.

Aşağıdakı linkə daxil olaraq yeni loqotipi yüksək keyfiyyətlə yükləyə bilərsiniz.
https://drive.google.com/drive/folders/1gg9wic2Tkhd-7k2amLW896vIMri8kpJ9

Paylaşmaq üçün linki kopyala:

Yazını paylaş

Baxış sayı:

114

Oxşar yazılar