"ADEX-2018" üçüncü Beynəlxalq müdafiə sərgisinin açılışı oldu
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov ölkə başçısı İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxudu. Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Respublika Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına göndərdiyi təbrik məktubunda qeyd olunan xoş sözlərə görə ölkə başçısına təşəkkürünü bildirdi.
Yəhya Musayev “ADEX-2018” üçünçü Beynəlxalq müdafiə sərgisində iştirak edən nümayəndə heyətlərini, iştirakçı şirkətlərin nümayəndələrini və digər qonaqları salamladı, sərgi çərçivəsində keçiriləcək görüşlərin hər kəs üçün uğurlu olmasını arzuladı.
Nazir müavini artıq ənənə halını almış “ADEX” sərgisinin böyük əhəmiyyətə malik olduğunu vurğuladı. Bildirdi ki, Azərbaycan Respublikası 25 ildən çoxdur ki, Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Ölkəmizin ərazisinin 20 faizi zəbt edilib və bir milyondan artıq əhali daimi yaşayış yerlərini tərk edərək qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu hərbi təcavüz respublikamızda ordu quruculuğu və onun maddi-texniki bazasının möhkəmləndirilməsini prioritet istiqamətə çevirib. Bu istiqamətdə həyata keçirilən ən mühüm tədbirlərdən biri də Müdafiə Sənayesi Nazirliyinin yaradılması olub. Bu addım ölkədə Hərbi Sənaye Kompleksinin əsaslı şəkildə yenidən qurulmasına və onun müdafiə qüdrətinin möhkəmləndirilməsinə öz töhfəsini verib.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğu və beynəlxalq hərbi-texniki əlaqələrin möhkəmləndirilməsində mühüm işlər görüb. Dövlətimizin hərbi qüdrəti durmadan artıb və Silahlı Qüvvələrimiz regionda peşəkarlıq, təchizat və döyüş qabiliyyəti baxımından ən güclü orduya çevrilib. Bu gün Azərbaycan ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bu məqsədyönlü siyasətin nəticəsində ölkəmizdə müdafiə sənayesində əsaslı dəyişikliklərə nail olunub. Dövlətin ümumi müdafiə sisteminin tərkib hissəsi olan müdafiə sənayesi kompleksi əsaslı şəkildə yenidən qurulub. Artıq ölkəmiz müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi dünyada tanınır. İstehsal olunan məmulatlar respublikamızın Silahlı Qüvvələri ilə yanaşı bir sıra xarici ölkələrin ordularının da silahlanmasına qəbul edilir. Bu gün Müdafiə Sənayesi Nazirliyinin müəssisələri beynəlxalq standartlara cavab verə biləcək məhsul istehsal etmək potensialına sahibdir. Bu nailiyyətlər istehsal edilən rəqabətə davamlı məhsulların dünya bazarına çıxarılmasına şərait yaradıb.
Müdafiə Sənayesi Nazirliyi bu günədək onlarla beynəlxalq sərgidə öz məhsullarını təqdim edib. Bunun davamı olaraq artıq üçüncü dəfədir ki, nazirliyin təşəbbüsü ilə ölkəmizdə beynəlxalq müdafiə sərgisi keçirilir.
Bu gün öz işinə başlayan “ADEX-2018” üçünçü Beynəlxalq müdafiə sərgisi dünyanın sürətlə inkişaf edən bazarlarında strateji əməkdaşlıqların inkişaf etdirilməsi istiqamətində əlverişli platforma rolunu oynayır. Beynəlxalq istehsalçılar, alıcılar və sənaye sahəsi üzrə ekspertlərin iştirak etdiyi bu sərgi, əlaqələrin gücləndirilməsi və yeni əməkdaşlıqların qurulması üçün geniş fürsətlər təqdim edir.
“ADEX-2018” sərgisində dünyanın 29 ölkəsindən 224 şirkət və rəsmi nümayəndə heyətləri iştirak edir. Sərgidə çoxsaylı qurumların iştirakı onu göstərir ki, 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyi qısa müddətdə hərbi-texniki əməkdaşlıq sahəsində böyük uğurlar qazanıb.
Yəhya Musayev sərginin keçirildiyi müddətdə əməkdaşlıq ediləcək tərəfdaşların sayının daha da artacağını əminliklə vurğuladı. Bildirdi ki, “ADEX-2018” sərgisi iştirakçılar arasında yeni əməkdaşlıq əlaqələrinin yaradılmasına öz töhfəsini verəcək.
Nazir müavini “ADEX-2018” sərgisinin paytaxt Bakıda təşkil edilməsinin əhəmiyyətli olduğunu xüsusi vurğuladı. Bildirdi ki, bu il 100 illik yubileyi qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir dövlətimiz və onun paytaxtı Bakı şəhəri son dövrlərdə müxtəlif beynəlxalq tədbirlərin və faydalı müzakirələrin ünvanına çevrilib. “ADEX-2018” sərgisinin qonaqları bu müddətdə paytaxt Bakının gözəlliyi və qonaqpərvərliyi ilə tanış olmaq imkanı da əldə edəcəklər.
Yəhya Musayev Azərbaycan Respublikası Prezidentinin və Birinci vitse-prezidentin təşəbbüsü ilə 2025-ci ildə keçiriləcək “Expo-2025” Ümumdünya Sərgisinə Bakı şəhərinin ev sahibliyi etməsi üçün namizədliyi irəli sürüldüyünü xatırlatdı. Bunu, ölkə rəhbərliyinin beynəlxalq sərgilərə verdiyi əhəmiyyətin bariz nümunəsi olduğunu vurğuladı. Tədbirə qatılan qonaqların “Expo-2025” sərgisində Azərbaycanın namizədliyini dəstəkləyəcəklərini ümid etdiyini bildirdi.
Nazir müavini tədbir iştirakşılarını 2020-ci ildə keçiriləcək “ADEX-2020” dördüncü Beynəlxalq müdafiə sərgisinə də dəvət etdi.
Sonda Yəhya Musayev tədbirin uğurlu keçməsi üçün çalışan hər bir kəsə və xüsusilə Təşkilat Komitəsinə öz təşəkkürünü bildirdi.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
24.09.2026, 10:33
Növbəti "ADEX-2026” və “Securex Caspian” sərgilərinin tarixi bəlli oldu
30.04.2026, 16:04
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
29.04.2026, 18:06
Azərbaycan və BƏƏ arasında müdafiə sənayesi sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
21.04.2026, 14:06
“DSA 2026” sərgisində bir sıra görüşlər keçirilib
20.04.2026, 14:08
Azərbaycan məhsulları “DSA 2026” sərgisində nümayiş etdirilir
16.04.2026, 18:50
Qazaxıstanla Azərbaycan arasında müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub
15.04.2026, 19:20
Müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində əməkdaşlıq haqqında Memorandum çərçivəsində protokol imzalanıb
03.04.2026, 17:20
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı onlayn maarifləndirici tədbir keçirilib
03.04.2026, 15:53
Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunun icrasına başlayıb
04.03.2026, 09:20
MSN ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb