“ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisi başa çatdı
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubu ünvanlaması və sərgidə şəxsən iştirak etməsi “ADEX-2018” sərgisinin əhəmiyyətini daha da artırdı. Ölkə başçısı bildirdi ki, “ADEX” sərgisi dünyanın tanınmış hərbi sənaye müəssisələrini, nüfuzlu xarici şirkət və təşkilatları, o cümlədən rəsmi nümayəndə heyətlərini və mütəxəssisləri eyni məkanda toplayaraq işgüzar əlaqələrin qurulması və yeni müqavilələrin imzalanması üçün səmərəli platformaya çevrilib.
Dövlət başçısı ziyarət zamanı Müdafiə Sənayesi Nazirliyinin stendində oldu və nümayiş etdirilən məmulatlarla yaxından tanış oldu.
Sərgini Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov, müdafiə naziri Zakir Həsənov və digər qurumların rəhbərləri də ziyarət etdilər. Dövlət rəsmiləri nümayiş etdirilən yerli məmulatları böyük maraqla izlədilər.
“ADEX-2018” sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlardan - 7,62 millimetrlik AZ-50 tipli avtomat, 7,62x54 millimetrlik HP-7,62 tipli hücum pulemyotu, 8,6x70 millimetrlik Vaşaq snayper tüfəngi, 12,7x108 millimetrlik Mübariz snayper tüfəngi, 12,7x108 millimetrlik ST-12,7 tipli iriçaplı snayper tüfəngi, 23x115 millimetrlik İST-23 tipli iriçaplı snayper tüfəngi, 14,5x114 millimetrlik NST-14,5 tipli iriçaplı snayper tüfəngi, 12,7 millimetrlik iriçaplı NSVT-12,7 tipli pulemyotlu məsafədən idarə olunan döyüş modulu ilk dəfə idi ki, nümayiş etdirilirdi. Nümayiş etdirilən məmulatlardan AZ-50 tipli avtomat, HP-7,62 tipli hücum pulemyotu, ST-12,7 tipli iriçaplı snayper tüfəngi, İST-23 tipli iriçaplı snayper tüfəngi və digər məmulatlar iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraqla qarşılandı.
Sərgi çərçivəsində müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin sərgiyə qatılan ölkələrdən Türkiyə, Rusiya, Belarus, Ukrayna, İran, Özbəkistan, Serbiya, Sudan və digər ölkələrin rəsmi nümayəndə heyətləri, şirkət rəhbərləri ilə görüşləri oldu. İkitərəfli görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparıldı. Eyni zamanda, nazirliyin aidiyyəti qurum rəhbərlərinin də bir sıra görüşləri oldu, mövcud əmakdaşlıqların davam etdirilməsi və yeni əməkdaşlıqların qurulmasına dair danışıqlar aparıldı.
Görüşlərdə xarici nümayəndə heyətləri tədbirin yüksək səviyyədə təşkil edildiyini, sərgidə iqtisadiyyatın hərbi və müdafiə sahələrini təmsil edən dünyanın bir sıra tanınmış brendlərin geniş tərkibdə təqdim edildiyini xüsusi vurğuladılar.
Beynəlxalq nümayəndə heyətlərinin və xarici şirkətlərin “ADEX-2018” sərgisinə böyük maraq göstərməsi Azərbaycanın həm mühüm strateji tərəfdaş, həm də regionda etibarlı əlaqələrin rəmzi kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq etdi.
Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi Türkiyə, Rusiya, Fransa, Belarus, İsrail, Pakistan, Çin, Ukrayna, Bolqarıstan, Qazaxıstan və digər ölkələrin stendlərini ziyarət etdi, nümayiş etdirilən məmulatlarla yaxındın tanış oldu.
Sərgi çərçivəsində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin “ASELSAN” şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı. Eyni zamanda, Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında Silahlı Qüvvələrin rabitə vasitələrinin təchizatına dair Anlaşma Memorandumu imzalandı.
Sərginin əhəmiyyətini və sərgiyə olan marağı nəzərə alaraq tədbirin üçüncü günü “Açıq gün” oldu.
Sərgini ziyarət edənlər arasında yerli və beynəlxalq mütəxəssislər, hərbi ekspertlər, hərbiçilər, eləcə də dövlət strukturlarının və şirkətlərin nümayəndələri, Azərbaycan Texniki Universitetinin Xüsusi texnika və texnologiya fakultəsinin tələbələri və eyni zamanda sıravi vətəndaşlar da var idi.
Tədbirin keçirildiyi üç gün ərzində nümayiş etdirilən məmulatlara izləyicilər tərəfindən göstərilən böyük maraq sərginin əhəmiyyətini əks etdirdi. “ADEX-2018” sərgisinə, eyni zamanda, yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən də böyük maraq göstərildi. Sərginin gedişatı ilə bağlı mütəmadi olaraq dolğun informasiyalar yayıldı.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
24.09.2026, 10:33
Növbəti "ADEX-2026” və “Securex Caspian” sərgilərinin tarixi bəlli oldu
30.04.2026, 16:04
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
29.04.2026, 18:06
Azərbaycan və BƏƏ arasında müdafiə sənayesi sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
21.04.2026, 14:06
“DSA 2026” sərgisində bir sıra görüşlər keçirilib
20.04.2026, 14:08
Azərbaycan məhsulları “DSA 2026” sərgisində nümayiş etdirilir
16.04.2026, 18:50
Qazaxıstanla Azərbaycan arasında müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub
15.04.2026, 19:20
Müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində əməkdaşlıq haqqında Memorandum çərçivəsində protokol imzalanıb
03.04.2026, 17:20
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı onlayn maarifləndirici tədbir keçirilib
03.04.2026, 15:53
Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunun icrasına başlayıb
04.03.2026, 09:20
MSN ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb