"Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın 2013-cü il üzrə icra vəziyyətinə dair məlumat
Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli, 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş aidiyyəti tədbirlərin icrası ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi tərəfindən hər il (2012, 2013 və cari – 2014-cü illər) üzrə ayrıca İş Planı tərtib edilmiş, nazirliyin aparatının aidiyyəti şöbələrinə, digər struktur bölmələrinə konkret tapşırıqlar verilmişdir.
Sərəncamın 3.1-ci və 3.2-ci bəndlərinə uyğun olaraq, qeyd olunan iş planları üzrə görülmüş işlərə dair illik hesabatlar hər il yanvar ayının 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına, nazirliyin müvafiq əmri ilə təsdiq edilən illik iş planları isə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim edilmişdir.
“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci istiqaməti (Dövlət qurumlarında informasiya azadlığı üzrə məsul şəxslərin müəyyən edilməsi, informasiya azadlığı ilə bağlı daxili icraat qaydalarının qəbul edilməsi və bu barədə ictimaiyyətin məlumatlandırılması) ilə əlaqədar olaraq, nazirliyin 20 noyabr 2013-cü il tarixli, 87 nömrəli Əmri ilə informasiya azadlığı üzrə məsul şəxs müəyyənləşdirilmiş və “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində informasiya azadlığı ilə bağlı Daxili İcraat Qaydaları” təsdiq edilmişdir.
Nazirliyin rəsmi internet portalında (www.mdi.gov.az) yerləşdirilmiş “Daxili İcraat Qaydaları”nda, əsasən, sorğu ilə müraciət etmiş şəxsin məlumat əldə etmək hüququ, informasiya əldə etmənin formaları, informasiya sorğusunun icra olunma üsulları və s. kimi məsələlər əksini tapmışdır.
“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın digər aidiyyəti istiqamətlərinə uyğun olaraq, hesabat ili ərzində informasiya azadlığının təmin edilməsi məqsədi ilə nazirliyin məsul dövlət qulluqçuları üçün ətraflı treninqlər keçirilmiş, nazirliyin fəaliyyətinə dair cari məlumatlar, habelə illik hesabatlar dövlət sirri haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla nazirliyin internet portalında yerləşdirilmişdir.
Bundan başqa, nazirliyin məsul şəxslərinin KİV-i əməkdaşları ilə, habelə ictimaiyyətlə birbaşa ünsiyyət formasında görüşləri zamanı onları maraqlandıran məsələlərə dair ətraflı izahatlar verilmiş, normativ hüquqi sənədlərin ilkin layihələrinin internet portalında yerləşdirilərək ictimaiyyətin müzakirəsinə çıxarılması, portalın “Onlayn müraciət” bölməsi vasitəsilə vətəndaşların təklif və rəylərinin qəbulu təmin edilmiş, maarifləndirici xarakterli materiallardan ibarət bukletlər hazırlanaraq sərgilərdə, digər aidiyyəti tədbirlərdə paylanılmışdır.
“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” üzrə tədbirlərin icrası davam etdirilir. Görülən işlər barədə mütəmadi olaraq ictimaiyyətə məlumatlar veriləcəkdir.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
30.04.2026, 16:04
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
29.04.2026, 18:06
Azərbaycan və BƏƏ arasında müdafiə sənayesi sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
21.04.2026, 14:06
“DSA 2026” sərgisində bir sıra görüşlər keçirilib
20.04.2026, 14:08
Azərbaycan məhsulları “DSA 2026” sərgisində nümayiş etdirilir
16.04.2026, 18:50
Qazaxıstanla Azərbaycan arasında müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub
15.04.2026, 19:20
Müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində əməkdaşlıq haqqında Memorandum çərçivəsində protokol imzalanıb
03.04.2026, 17:20
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı onlayn maarifləndirici tədbir keçirilib
03.04.2026, 15:53
Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunun icrasına başlayıb
04.03.2026, 09:20
MSN ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb
03.03.2026, 12:20
Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada rəsmi səfərdədir