Rəhbərlik

Rehber Image

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

Vüqar Valeh oğlu Mustafayev

Doğulduğu tarix və yer

1986-cı ildə Bakı şəhərində anadan olub.

Təhsili

2004 – 2008: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bakalavr dərəcəsi alıb (fərqlənmə ilə).


2010 – 2013: Xəzər Universitetində Maliyyə və kredit ixtisası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr dərəcəsi alıb.


2016 -cı ildə beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı “Certified İnternal Auditor (CİA)” – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə edib.


2020 -ci ildən beynəlxalq “İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisaslaşmış kvalifikasiyaya sahibdir.

İş təcrübəsi

2006 – 2008: müxtəlif şirkətlərdə Təlim koordinatoru və maliyyə mütəxəssisi olaraq fəaliyyət göstərib.


2009 – 2012: “Ernst & Young CIS B.V” şirkətində baş mütəxəssis vəzifəsində çalışıb.


2012 – 2014: “Azerfon” MMC-də Daxili Audit Departamentinin direktoru vəzifəsində çalışıb.


2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışıb:


  • 2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı Direktorun müşaviri vəzifəsinə təyin olunub.
  • 2014-cü ildə PAŞA Sığorta ASC-nin və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının sədri olaraq fəaliyyət göstərib.
  • 2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A.Ş. şirkətinin Müşahidə Şurasının sədri olaraq təyin edilib.


Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin edilib.


Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi naziri vəzifəsinə təyin edilib.

Dil bilikləri

İngilis, türk və rus dillərini bilir

Ailə vəziyyəti

Ailəlidir, iki övladı var.