Rəhbərlik

Rehber Image

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini

Mehman Abbas oğlu Baxışov

Doğulduğu tarix və yer

1959-cu ildə Abşeron rayonu, Altıağac kəndində anadan olub.

Təhsili

1974–1976: C. Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.


1976–1981: Xəzər Ali Hərbi Dənizçilik Məktəbində hərbi mühəndis-texnoloq ixtisası üzrə bakalavr dərəcəsi alıb.

1990–1991: Marşal Timoşenko adına Ali Hərbi Akademiyasında “SSRİ Müdafiə Nazirliyinin Hərbi nümayəndələri” ixtisası üzrə rəhbər mühəndislər fakültəsində təhsil alıb.

2001–2002: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında “Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə” kurslarını bitirib.

İş təcrübəsi

1981–1985: SSRİ Hərbi Dəniz Donanmasının Mərkəzi Kimya Anbarında Saxlama şöbəsinin rəisi vəzifəsində çalışıb.


1985-ci ildə SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində aparıcı mühəndis vəzifəsində çalışıb.


1990-cı ildə SSRİ Müdafiə Nazirliyinin Baş Hərbi Nümayəndəliyinin rəisi vəzifəsində çalışıb.


1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silah və Hərbi Texnika İdarəsində qərargah rəisinin müavini vəzifəsində çalışıb.


1992-1993: Qarabağda gedən döyüşlərdə iştirak edib, Qarabağ veteranıdır.


1992–1994: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsində Baş hərbi nümayəndəliklər şöbəsinin rəisi vəzifəsində çalışıb.


1994–2019: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin rəisi vəzifəsində çalışıb.


2019-2020: Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin (hərbi-texniki əməkdaşlıq üzrə) müşaviri vəzifəsində çalışıb.



Azərbaycan Respublikası Prezidentinin 2020–ci il 7 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin edilib.

Dil bilikləri

Rus və türk dillərini bilir

Təltiflər

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 iyun tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.


Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 25 iyun tarixli Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib.


2022-ci il fevral ayının 2-də “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.


Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 fevral tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.