Rəhbərlik

Rehber Image

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini

Hidayət Ağanəcəf oğlu Əzimov

Doğulduğu tarix və yer

1985-ci ildə Bakı şəhərində anadan olub.

Təhsili

2001 – 2005: Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi alıb.

2005 – 2007: Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə magistr dərəcəsi alıb. 

İş təcrübəsi

2006 – 2007: Yerli hüquq şirkətində hüquqşünas vəzifəsində çalışıb.


2007 – 2018: “Atəşgah” Sığorta Şirkətində hüquqşünas, şöbə müdiri və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb.


2018 – 2022: “Ernst & Young CIS B.V” şirkətində hüquq xidmətlərinin rəhbəri vəzifəsində çalışıb.


2018-ci ildən Vəkillər Kollegiyasının üzvüdür.


Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.


Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 11 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin edilib.


Dil bilikləri

İngilis, türk və rus dillərini bilir

Ailə vəziyyəti

Ailəlidir, iki övladı var.