Rəhbərlik

Rehber Image

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri

Samir Rasim oğlu Ağabalayev

Doğulduğu tarix və yer

1981-ci ildə Bakı şəhərində anadan olub.

Təhsili

1998–2002: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Siyasi idarəetmə ixtisası üzrə bakalavr dərəcəsi alıb.

2005–2007: Qərb Universitetində Dünya siyasi proseslərin və beynəlxalq əlaqələrin nəzəriyyəsi ixtisası üzrə magistr dərəcəsi alıb (fərqlənmə ilə).


İş təcrübəsi

2004 – 2021: Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Ümumi şöbəsində, Dövlət zəmanəti ilə alınan kreditlərin, texniki yardım və qrantların alınması üzrə işlərin əlaqələndirilməsi şöbəsində, Beynəlxalq kredit və yardımlar üzrə şöbədə, Maliyyə və iqtisadiyyat məsələləri şöbəsində və Xarici iqtisadi əlaqələr şöbəsində müxtəlif məsul vəzifələrdə çalışıb.


2021 – 2024: Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Xarici iqtisadi əlaqələr şöbəsinin Beynəlxalq iqtisadi təşkilatlar və maliyyə institutları ilə əməkdaşlıq sektorunun müdiri vəzifəsində çalışıb.


2024-cü il 1 fevral tarixində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin edilib.

Dil bilikləri

İngilis, türk və rus dillərini bilir

Təltiflər

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 3015 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Ailə vəziyyəti

Ailəlidir, iki övladı var.